Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
Corctaun universitetində ABŞ-Azərbaycan münasibətlərinə dair ilk elmi konfrans keçirilib

27/03/2008

Vaşinqtondakı Corctaun universitetinin Avrasiya, Rusiya və Avropa tədqiqatları mərkəzi “ABŞ - Azərbaycan münasibətləri: Regionda enerji və təhlükəsizlik əməkdaşlığı” mövzusunda elmi konfrans keçirilib. Azərbaycan və ABŞ rəsmiləri, eləcə də Amerika ekspertlərinin iştirak etdiyi tədbirdə regionda risklər və hədələr, Azərbaycanın Xəzər regionunda enerji sahəsində əməkdaşlıqda rolu kimi geniş məsələlər müzakirə edilib.

Bir gün sürən konfransda rəsmiləri və ekspertlər geosiyasi baxımdan mürəkkəb regionun təhlükəsizliyi üçün əsas hədələr və bu sahədə iki ölkə arasında əməkdaşlığın istiqamətlərini göstərdilər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın ABŞ-dakı səfiri Yaşar Əliyev Azərbaycanın Amerika üçün əhəmiyyətinin artdığını və onun beynəlxalq məsələrlə verdiyi töhfələri qeyd etdi. Səfir Əliyev dünya misqyasında neft və qaza olan tələbatın artığını deyərək, Azərbacyanın bu gün regionda yanaxaq istehsalçısı və təbii ehtiyalatın nəqli üçün tranzit ölkə kimi çıxış etdiyini bildirdi.
“Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun inşası ilə interkontinental nəqliyyat sisteminə töhfə verməyə davam edir. Başa çatdıqdan sonra bu, iki qitə arasında mədəni əvə tarixi əlaqələrin bərpasına kömək edəcək.”-deyə səfir bildirdi. O, layihənin Azərbaycanın neft gəlirləri ilə maliyyələşdirildiyini vurğuladı.

ABŞ-la terrorizmə qarşı mübarizədə əməkdaşlıqdan danışan Yaşar Əliyev Azərbaycan əsgərlərinin Əfqanıstanda və İraqda koalisiya qüvvələri tərkibində iştirakını qeyd etdi.

Bununla yanaşı, səfir Amerika-Azərbaycan münasibətlərində həllini tapmamış məsələni, Azadlığı müdafiə aktına 907-ci əlavənin hələ də qüvvədə qaldığını dedi. O, Azərbaycanın ərazi bütövlüyünü məsələsində güzəştə getməyəcəyini deyərək, diqqəti BMT-nin son qətnaməsinə çəkdi. 

Dağlıq Qarabağ münaqişəsinin regionun inkişafına təsiri digər məruzəçilərin çıxışlarında da geniş müzakirə edildi.

Azərbaycanın NATO-dakı səfiri Kamil Xasıyev region üçün əsas hədələri göstərərkən Azərbaycan və Gürcüstanda həll olmamış münaqişələr nəticəsində qeyri-legitim separatçı rəsmilərin idarəsi altında olan zonaların yarandığını bildirdi. Səfir Xasıyev işğal olunmuş ərazilərdə silah və insan alveri kimi məsələlərə nəzarətin mürəkkəbliyindən danışdı.

Azərbaycan Xarici işlər nazirliyinin nümayəndəsi Tofiq Musayev Ermənistan-Azəbaycan Dağlıq Qarabağ münaqişəsinin regionun inkşafı üçün əsas maneə olduğunu bildirdi. O, uzun müddətli sülhə nail olmaq üçün Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və məcburi köçkünlərin öz yerlərinə qayıtmasını əsas şərtlər kimi göstərdi. Diplomatın sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli prinsipinə sadiq qalmasına baxmayaraq, Azərbaycan suverenliyi və ərazi bütövlüyü məsələsində güzəştə getməyəcək. O dedi ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyünə hörmət edilməsi prinsipi əsasında həll olmalıdır.

Konfransda iştirak edən ABŞ Müdafiə nazirliyinin keçmiş rəsmisi, Milli Müharibə kollecindən professor Ceyms Makduqal öz çıxışında Azərbaycanın geo-siyasi mövqeyini göstərərək, ABŞ-ın Azərbaycandan müsəlman dünyası üçün körpü kimi istifadə edə biləcəyini qeyd etdi. O, Amerikanın səsinə müsahibədə regionda dondurulmuş münaqişələrin qeyri-sabitlik üçün mənbə olduğunu bildirdi. Ceyms Makdoqal bu münaqişələrin hər zaman müharibəyə çevrilə bilməsi təhlükəsinin daim mövcud olduğunu bildirdi. Onun sözlərinə görə, bu, regional dövlətlərlə yanaşı, xarici qüvvələrin müdaxiləsinə gətirib çıxara bilər.

Cənab Makduqal Azərbaycanın dünyəvi müsəlman ölkə kimi mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. O, Azərbaycanın qərblə müsəlman dünyası arasında anlaşmanın yaranmasına töhfə verə biləcəyini bildirdi. Ceyms Makduqalın sözlərinə görə, Azərbaycan müsəlman dünyasında inkişaf etmiş dünyəvi dövlət kimi bir nümunə olaraq göstərilə bilər.

Konfransın enerji məsələlərinə həsr olunmuş hissəsində Azərbaycanın enerji sektorundan gəlirlərinin ölkənin inkişafı üçün istifadəsi, Azərbaycanın Xəzər regionunda enerj münasibətlərində gələcək rolu kimi məsələlər müzakirə edildi.

Amerikanın səsinə müsahibədə Azərbaycanın Dövlət neft fondunun icraedici direktoru Şahmar Mövsümov bildirdi ki, Azərbaycan hökuməti neft gəlirlərinin idarə edilməsi işinə xüsusi diqqət verərək, neft sektorundan əldə olunan gəlirlərin ölkənin tərəqqisinə xidmət edəcəyini təmin etməyə çalışır.

Konfransın ABŞ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa həsr olunmuş hissəsində Enerji Araşdırmaları Assosiasiyasından ekspert Daniyel Yergin və ABŞ Dövlət katibinin yardımçısı Metyu Brayza iştirak ediblər.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Zimbabvedə seçki saxtakarlıqları lentə alınıb

  Başqa xəbərlər
Rusiya Gürcüstana Abxaziyada yeni müharibə təhlükəsinə dair xəbərdarlıq edib
Livanın rəqib fraksiyaları razılıq əldə etməyə yaxındır
İran nüvə proqramı ətrafında danışıqlara hazır olduğunu deyir
Kolumbiya 15 əsirin azad edilməsi ilə bağlı videonu nümayiş etdirib
Əfqanıstanda parlament üzvü qətlə yetirilib
Bu gün Amerika Birləşmiş Ştatlarında Müstəqillik günü qeyd edilir
Məhəmməd Əli Cəfəri:”İrana qarşı hər bir  hərbi əməliyyat müharibəyə başlanğıq ola bilər”
Rusiya xarici QHT-lərə vergi tətbiq edir
Minskdə partlayış baş verib
Türkmənistan qazı Avropa bazarlarına Rusiya ərazisindən nəql ediləcək
İyulun sonunda ABŞ və Çexiya RƏM elementlərinin yerləşdirilməsi haqqında saziş imzalayacaq
Azərbaycanda su və kanalizasiya sistemi yenidən qurulur  Audio Clip Available
Dəyirmi Masa: Rusiya-Azərbaycan münasibətləri  Audio Clip Available
Cənubi Osetiya Gürcüstana qarşı ağır silahlardan istifadə ediləcəyini bildirib
Kolumbiyada girovda saxlanılanlar azad edilib
Respublikaçı senator Con Makkeyn Meksikadadır
Neftin qiyməti yenidən artıb
BMT Əfqanıstanla Pakistan arasında əməkdaşlığın daha da gücləndirilməli olduğunu deyir
BMT-nin baş katibi Ban Gi Mun Cənubi Koreyadadır
Roman Abramoviç qubernatorluqdan istefa verdi
Qüdsdə qeyri-adi terror aktı həyata keçirilib
Fələstinlilərlə Misir polisi arasında toqquşma olub
Soçi şəhərində baş verən partlayışın səbəbləri araşdırılır
Monqolustanın paytaxtında zorakılıqlar baş verib
Bağdadda xüsusi qrup üzvləri həbs edilib
Mənuçehr Möttəki: "İranla Qərb arasında yeni danışıqlar başlayıb"