Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
Bəsrədə bomba partlayışı neft kəmərini sıradan çıxarıb

27/03/2008

Smoke rises from the area of clashes in the southern city of Basra, 27 Mar 2008İraq rəsmilərinin bildirdiyinə görə, hökumət qüvvələrinin artıq üçüncü gündür şiə yaraqlılarla döyüşləri davam etdirdiyi Bəsrə şəhərində neft boru kəməri partladılıb. Rəsmilər kəmərin partladılmasına görə kimin məsuliyyət daşıdığını bildirməyiblər. Boru xəttinə dəyən zədənin xam neftin ixracına böyük təsir göstərəcəyi də bəlli deyil. Bununla yanaşı, şahidlər Bəsrədə qızğın döyüşlərin getdiyini deyir. Rəsmilər deyir ki, Şiə yaraqlılara qarşı çərşənbə axşamı hücumların başlamasından bəri 40 nəfər həlak olub. İraq baş naziri Nuri Əl-Maliki şiə silahlılara cümə gününə kimi sılahı yerə qoymaq barədə ultimatum vermişdi. Bağdadda isə bu gün radikal ruhani şiə lideri Möqtəda Əl-Sədrin tərəfdarları cənab Malikiyə qarşı etiraz aksiyası keçiriblər.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama Almaniyadadır

  Başqa xəbərlər
Corc Buş:" Dünya  saxta proteksionizmdən müdafiə edilməlidir"
Zimbabve müxalifəti ilə iqtidar arasında danışıqlar gedir
İraq prezidenti Cəlal Talabani vilayət seçki qanununu rədd edib
İsrail Qərb Sahilində tikinti işlərini bərpa edəcəyini bildirib
PKK yaraqlılarının mövqeləri hədəf alınıb
Türkiyədə 26 adam saxlanılıb
İraq prezidenti yeni seçki qanununu rədd edib
Huqo Çavez Belarusdadır
İran prezidenti nüvə fəaliyyətlərinin dayandırılmayacağını bildirib
Barak Obama İsrail və Fələstin rəsmiləri ilə görüşlər keçirib