Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
Françis şirkətlərin müharibə veteranlarına güzəştləri

27/04/2008
Müharibə veteranlarının biznesdə inkişafı - Yükləmək audio clip

Əsaslı, yerləşmiş  şirkətlərlə əməkdaşlıq  bir çox insan üçün artan cəlbedici biznes təşəbbüsüdür. Françislər əsas etibarı ilə investorları  yoxlanmış və sınaqdan keçmiş bahalı marka adı – “Brand”larla  təchiz edir. Françis böyük şəbəkəsi olan və filiallarını özəl investorların işlətməsinə icazə verən şirkətlərə deyirlər. Amerikanın səsinin araşdırmasında isə göstərilir ki, Françis biznes üsulu, xüsusilə hərbi xidmət personalının mülki həyat şəraitinə qayıtması üçün cəlbedici olur.

 200-ə yaxın françis şirkəti  aprel ayının ortalarında Vaşinqtonda  təşkil edilən 17-ci Belnəlxalq Françis sərgisində iştirak edib. Sərgi sürətlə genişlənən françis sənayesinində sahibkarlıq imkanlarının artırılması məqsədi daşıyır.

Vill Viterspun İraq müharibəsi veretanı: “Mən və həyat yoldaşım hələ də françis üçün bazarlıq edirik. Burda bir çox yaxşı imkanlar mövcuddur , ancaq biz bunlardan hansının bizim ailə üçün xeyirli olacağına qərar verməmişik ”

İraq müharibəsi veteranı olan Vil Viterspun sərgidə VetFran proqramı çərçivəsində iştirak edir: “İraqdan keçən il milad bayramı öncəsi qayıtmışam. O vaxtdan françis imkanları axtarmağa başladım və Vetfran proqramı haqda öyrənəndə çox şad oldum”.

Vetfran proqramı Beynəlxalq Françis Assosiasiyası – IFA tərəfindən Amerikaya xidmət edən qadın və kişi hərbçilərə təşəkkür etmək  məqsədilə təşkil olunub. İFA-in sədri Stiv Qrinbaum: “Bu həmçinin veteranlara cəmiyyətə yenidən uyğunlaşmaq üçün böyük imkan yaradır”.

Qrinbaum deyir ki, sərgidəki şirkətlərin 60-a yaxını Vetfran iştirakçısıdır. Onlar  könüllü olaraq veteranlara endirim etməyə razılıq veriblər. Veteranlar İFA sərgisinə pulsuz qatılırlar. Onlara informasiya sessiyalarına qatılmaq, görüş və ünsiyyət qurmaq imkanları verilir.

Ed Totanes də 20 il ABŞ hərbi dəniz qüvvələrində xidmət edəndən sonra biznes dünyasına daxil olub. O, Vircinia Barbeque şirkətindən lizenziya alıb və indi onu genişləndirməyi fikirləşir: “Faktiki olaraq, korporasiya və mən yaxın gələcəkdə 2-ci və hətta 3-cü dükanın açılması barədə danışıqlar aparırıq”

IFA-nın məlumatına əsasən keçən il veteranların sahibkarlıq etdiyi françislərin sayı 50 faiz artıb və bu da onu sənayedə ən sürətlə inkişaf edən  sahibkarlıq seqmentinə çevirib.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər

  Başqa xəbərlər