Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
Xəbər proqramlarının çəkilmə tarixi

27/04/2008
Xəbər proqramlarının tarixi - Yükləmək audio clip

Biz vizual dövrdə yaşayırıq – elə bir dövrdə ki, dünyada hər hansısa  hadisə baş verirsə, bəzən bir neçə saniyə ərzində biz bu xəbəri televiziya ekranı, kompyuter və ya mobil telefonlar vasitəsi ilə ala bilirik. Lakin on illər bundan əvvəl  insanlar dünyada baş verənlərdən yerli  kino-teatrlarda, filmlərə baxmağa gedərkən xəbər tuturdular.

Belə köhnə materiallardan çoxunun itməsinə baxmayaraq, yüzlərlə material xüsusi arxivlərdə qorunub, saxlanılır.

1911-ci ildən  1950-ci illərin əvvələrinə, televizorların istehsal edildiyi vaxta qədər, dünyada baş verənlər  kino-jurnallar vasitəsi ilə nümayiş etdirilirdi.

Birləşmiş Ştatlarda yaşayan insanlar yerli kino-teatrlara hər hansısa filmə baxmağa gedərkən, xəbərlərlə filmdən əvvəl nümayiş etdirilən jurnal vasitəsi ilə tanış olurdular. Greg Vilsbeçer Cənubi Karolina Universitetindəki “Newsfilm” arxivinin direktorudur: “O zamanlar amerikalılar vizual xəbərlərə - kino-jurnallara həftədə iki dəfə, getdikləri kino-teatrlarda tamaşa edə bilirdilər”.

Bu gün isə insanlar milyonlarla peşəkar kamera ustalarının, fotoqrafların dünya boyu çəkdikləri videolar və şəkilləri  peyk və rəqəmsal  sistemlər vasitəsi ilə tez bir zamanda görə bilirlər. Lakin 20-ci əsrin əvvəllərində filmlər iri mexanizmli, bəzən əllə işləyən kameralardan  istifadə edilərək  çəkilirdi.

Greg Vilsbeçerin arxivində belə köhknə kameralar çoxdur: “Bell və Novel 35 millimetrlik kamera o zamanlar daşına bilirdi. Lakin onun elektrik motoru yox idi, saat kimi  əllə  qurulurdu. Kameranın 4 kiloqram  yarım çəkisi var idi və bu kamera vasitəsi  ilə bir dəfədə təqribən iki dəqiqəlik  xəbər çəkmək olardı.”

Xəbərləri çəkmək üçün operatorlar dünyanı dolaşırdılar. Bəzən onlar çox vacib bir məsələni lentə almaq üçün lazımı vaxt və lazımi yerdə ola bilirdilər. Vilsbaçer deyir ki, bu hadisə 1941-ci ilin dekabrında, Yaponyanın Perl Harbora hücumu zamanı Fox  Kino Jurnalının operatoru Əl Brikin başına gəlib. O, hücumun baş verdiyi səhər USS Arizona hərbi gəmisində  zabit olan bir dostu ilə Perl Harbıra gedirdi və  bombalar atılmağa  başlayanda gördüyü dəhşətli hadisəni  kamerası ilə çəkə bilmişdi. 

“Twenty Century Fox’’  Kino  Şirkəti bundan 30 il əvvəl  Fox Kino Jurnalı  kolleksiyasını  Cənubi Koreya Üniversitetinə bağışladı. Üniversitetsə bunun qarşılığında kolleksiyanı qoruyur və əhalinin ondan istifadəsinə imkan verir.

Greg Vilsbaçer deyir ki,   Cənubi Karolina üniversiteti ABŞ Kongres Kitabxanası ilə birliktə işləyərək,  bu köhnə filmlərin hər birini yüksək keyfiyyətli rəqəmsal sistemə keçirir.

Hazırda üniversitet kino jurnallarının yüzlərlə saatlıq  video nüsxələrini internet saytına qoyub. Peşəkar direktorlar və yayım təşkilatları isə daha keyfiyyətli  videoları buradan pulsuz götürə bilərlər.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər

  Başqa xəbərlər