Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
ABŞ qüvvələri Somalidə hərbi əməliyyat həyata keçiriblər

01/05/2008

African Union soldiers in Mogadishu, Somalia, 16 June 2007Somalidə hava hücumu nəticəsində Əl Qaidə ilə əlaqəsi olan İslamçı yaraqlı qrupun hərbi komandiri öldürülüb. Əl-Şabab qrupunun sözçüsü bu gün jurnalistlərə deyib ki, Dusamareb şəhərində hücum zamanı Aden Haşi Ayro və başqa bir ali lider həlak olub. Şahidlərin sözlərinə görə, ABŞ təyyarələrinin  hücumu zamanı ən azı 10 nəfər öldürülüb. Somalidə “Əl Qaidə hədəfi” adlı hücum həyata keçirdiyini təsdiq edən ABŞ ordusu ətraflı məlumat verməyib. Ötən il ərzində ABŞ Somalidə bir neçə dəfə terrorçulara qarşı hücumlar təşkil edib. Əl Qaidə əməliyyatçılarına sığınacaq verməkdə ittiham olunan Ayro ABŞ-ın terrorçu siyahısına daxil idi.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər

  Başqa xəbərlər