Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
Birmaya humanitar yardım axını davam edir

07/05/2008

In this photo released by the Democratic Voice of Burma, residents of Yangon look for water following Cyclone Nargis, 06 May 2008Beynəlxalq Yardım təşkilatlarının bildirdiyinə görə, humanitar yardım dəstələri şənbə günü siklondan zərər çəkən Birmanın ayrı –ayrı bölgələrinə  yardımlar göndərilir. BMT-nin Dünya Ərzaq Proqramında bildirilir ki, siklonun zərər vurduğu ərazilərdə milyonlarla insan evsiz-eşiksiz qalmış, bəzi kəndlər isə  tamamilə dağılmışdır.

Beynəlxalq Qırmızı Xaç Təşkilatı 1991-ci ildən bəri  çox sayda insanın ölümünə səbəb olan “Nərgiz” siklonunun genişmiqyaslı dağıntılara gətirib çıxardığını demiş və Birmaya yardım üçün 6 milyon dollar məbləğində pul lazım olduğunu bildirmişdir. Birma hökumətinin bildirdiyinə görə, “Nərgiz” siklonu 23 000 nəfərə yaxın insanın ölümünə, 42 000-ə qədərinin isə itkin düşməsinə səbəb olub.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər

  Başqa xəbərlər