Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
Keçən təhsil ili ərzində ABŞ-da 583 000 əcnəbi tələbə oxuyub

07/05/2008
ABŞ-da təhsil alan əcnəbi tələbələr - Yükləmək (MP3) audio clip
ABŞ-da təhsil alan əcnəbi tələbələr -  - (MP3) audio clip

Under the Earn and Learn Program, students study more and do better in school
Beynəlxalq Təhsil İnstitutunun hesabatına görə, 2006-2007-ci il tədris ili ərzində Birləşmiş Ştatlarda siyahıya düşən beynəlxalq tələbələrin sayı demək olar ki, 583 minə çatıb. Bu əvvəlki illə nisbətdə 3 faiz artım deməkdir. Ümumiyyətlə 2001-ci il 11 sentyabr hadisələrindən sonra bu ilə kimi beynəlxalq tələbələrin artımı görünmürdü. Beynəlxalq tələbələrin ABŞ cəmiyyətinə göstərdiyi köməkdən və Amerika rəsmilərinin onların axınının davam etməsini istəməsindən söhbət açaq.

Keçən tədris ili beynəlxalq tələbələr ABŞ-da təhsil almaq üçün 14.5 milyard dollar pul xərcləyib. Bu əvvəlki illə müqayisədə 1 milyard dollar çoxdur. Beynəlxalq Təhsil İnstitutunun prezidenti Allan Qudmənin sözlərinə görə, təkcə 1.5 milyard dollar Nyu York metropoliya ərazisinə gedib: “Bu Nyu York Yankis, Mets, Niks, Rencers futbol komandalarından hətta dünya çempionu Nyu York Cayntsınkından çoxdur. Beynəlxalq tələbələr Nyu York şəhərinə bütün peşakar idmançılardan çox kömək göstərirlər.”

Ancaq pul onların yardımlarının yalnız biridir. 2006-cı ildə ABŞ-da doktorluq dərəcəsi alanların 3-də birindən çoxunu əcnəbi tələbələr təşkil edib. Keçən əsr Tibb və Fizika üzrə  Nobel Sülh mükafatı alan 3 amerikalı içərisində də xaricdə doğulmuşlar olub.

Qudmənin sözlərinə görə, xarici tələbələr həmişə elmi nailiyyətin mərkəzindədirlər: “Qapılarımızı açmaqla biz həqiqətən dünyaya xüsusilə elm və təbabət sahəsində böyük problemlərini həll etmək şansı veririk.”

Eseldreda Nakimuli-Mpunqu Con Hopkins İctimai Səhiyyə Blumberq institutunda doktorantdır. O, ABŞ-a fulbrayt proqramı ilə Uqandadan gəlib. Hökumətin maliyələşdirdiyi proqram hər il 150-dən çox olan ölkədən alim və tələbələrə 6000-ə yaxın qrand ayırır. Mpunqu bir gün HİV səbəbilə yaranan əqli səhiyyə barədə kəşf edici araşdırma olacağına ümid edir. Onun sözlərinə görə, ABŞ-da tədqiqat imkanı olmasaydı, onun araşdırması bədbin sonluqla nəticələnə bilərdi: “Fulbrayt proqramının udmağım işimi davam etdirəcəyim demək idi.”

Pamela Bravo Fulbrayt proqramını udan başqa bir tələbədir. O vətəni Perunu Corc Vvaşinqton Universitetində İctimai Səhiyyə sahəsində magistr dərəcəsi almaq üçün tərk edib. O, Fulbrayt kimi proqramların dünyaya yatırım olduğunu deyir: “Bu bilikləri və sərhədləri genişləndirir. Beləki bura artıq sənin gəldiyi ölkə deyil.”

Ancaq bəzi ABŞ rəsmiləri narahatdırlar ki, 2001-ci il 11 sentyabr terror aktlarında sonra tətbiq olunan visa məhdudiyyətləri Mpunqu və Bravo kimi ABŞ gəlmək istəyənlərin qarşsını alır.

Respublikaçı konqresmen Vernon Ehlers: “Məqsəd insanları ölkədən kənarda saxlamaq deyil.  Məqsəd yaxşıları qəbul etmək pisləri isə ölkəyə buraxmamaqdır, Fikrimcə çox sayda yaxşı insan məlum səbəblərdən bundan məhrum olunurlar.”

Nümayəndələr Palatasında aparılan son dinləmələr bu narahatlıqlara ünvanlanmışdı. Bu, ABŞ-da elm diplomatiyası səylərinin qücləndirilməsi səyləri istiqamətində aparılan ilk dinləmələr idi.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Cenevrədə İranla ABŞ arasında görüş keçirilir

  Başqa xəbərlər
Üç şiə nazir İraq hökumətinə qayıdır
ABŞ Qazaxıstanda din azadlığından narahatdır
ABŞ prezidentliyinə demokrat namizəd Barak Obama Əfqanıstandadır
“Millenium inkişafı” proqramı təhlükə altındadır
C.Buş radio müraciətində ABŞ iqtisadiyyatından danışıb
Qəndəhar vilayətində 4 polis həlak olub
Tayvanda qasırğa səbəbi ilə 15 adam ölüb
"Yeniyetmə Nailiyyəti" proqramı
Barak Obamanın Əfqanıstan və Iraqa səfər planı rəqibi Con Makkeyn tərəfindən qarışıq reaksiya ilə qarşılanıb
Almaniya xarici işlər naziri Abxaziya liderilə görüşüb
Bu gün Nelson Mandellanın   90 yaşı tamam olur
Mətbuat icmalı: Türkiyədə demokratiya və dünyəvi sistemin gələcəyi
İranın xarici işlər naziri Ankaradadır
ABŞ prezidenti və İraqın Baş naziri telefon söhbəti edib
Əli Babacan İranla nüvə proqramı məsələsinin danışıqlar yolu ilə həlli qərarından razı qalıb
ABŞ-ın müdafiə naziri  Əfqanıstana əlavə əsgəri qüvvə göndərilə biləcəyini deyir
Roma Papası Avstraliya gənclərinə müraciət edib
Ermənistanın xarici işlər nazirinin ABŞ səfəri davam edir
Monitor jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynov  mükafatının təqdimatı olub  Audio Clip Available
Azərbaycan Pekin Olimpiadasında 44 idmançı ilə təmsil olunacaq  Audio Clip Available
Hizbullahla dəyişdirilmiş İsrail əsgərləri dəfn olundu
Livanın sünni lideri İraqdadır
İspaniya Ali Məhkəməsi Madrid hücumunda şübhəli bilinən 4 nəfərə qarşı iddiaları rədd edib
Almaniya xarici işlər naziri Gürcüstana gedir
ABŞ Senati xəstəliklərlə mübarizəyə yardım qanununu təsdiq edib