Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
İraq ordusu Əl-Qaidənin ölkədəki üç liderini ələ keçirib

07/05/2008

Iraqi police gesture as they stand atop a military vehicle in the southern city of Basra, 18 Apr 2008ABŞ-ın İraqdakı hərbi qüvvələri bildirir ki, İraq ordusu yol kənarı bomba hücumlarının həyata keçiriləməsində əli olan Əl-Qaidənin İraqda üç liderini ələ keçirib. Bu gün açıqlanmış bəyanatda deyilir ki, şübhəlilər Bağdaddan şimalda Kərkük vilayətində və Tarmiya və Cüdeydə şəhərlərində ayrı-ayrı əməliyyatlar zamanı ələ keçiriblər. ABŞ hərbi qüvvələrinin verdiyi məlumata görə, Birləşmiş Ştatların Xüsusi təyinatlı qüvvələri İraq ordusuna bütün üç əməliyyat zamanı təlimat verib.

Amerika hərbi qüvvələri həmçinin İraqın xüsusi əmliyyat qrupularının şiə ruhani lider Müqtəda əl-Sədr tərəfadarı yaraqlıların istinadgahı olan Bağdadın Sədr şəhəri ətrafında üç cinayətkarı ələ keçirdiyi haqda məlumat verib. ABŞ və İraq qüvvələri Sədr şəhərində son həftələr şiə yaraqlılara qarşı döyüşlər aparır.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər

  Başqa xəbərlər