Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
Vladimir Putin Rusiyanın baş naziri oldu

08/05/2008

Vladimir Putin addresses the State Duma, with president Medvedev, background left, 08 May 2008Rusiya parlamentinin aşağı palatası Duma Vladimir Putinin baş nazir vəzifəsinə nominasiyasını böyük səs çoxluğu ilə təsdiq edib. Dövlət Duması  Dmitri Medvedevin  dünən rəsmən vəzifə başına keçməsindən sonra 392 lehinə, 56 əleyhinə səslə cənab Putini vəzifəyə təsdiq edib. Vladimir Putinin prezident postundan baş nazir vəzifəsinə keçməsi və onun müdafiə etdiyi Dmitri Medvedevin inaqurasiyası cənab Putinin prezidentlikdən sonra hakimyyətdə qalmasını təmin etmək üçün aylardır sürən siyasi manevrlərin nəticəsidir.

Bu gün Dumada səsvemədən öncə Vladimir Putin qanunvericilərə demişdir ki, o, Rusiya iqtisadiyyatını gücləndirmək və həyat standartlarını yüksəltmək üçün uzun müddətli planın bir hissəsi kimi bir neçə il ərzində inflasiya səviyyəsini azaltmaq istəyir.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər

  Başqa xəbərlər