Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

 
Senator Barak Obama daha iki super nümayəndənin dəstəyini qazanıb

09/05/2008

Senator Barack Obama waves to tourists from Illinois as he is followed by the news media through the U.S. Capitol, Thursday, 08 May 2008 in WashingtonABŞ prezidentliyinə demokrat namizəd Barak Obama partiyadan nominasiya almaq üçün daha iki super nümayəndənin dəstəyini qazanıb. Onun kampaniyasından verilən məlumata görə, konqresmenlər Piter De Fazio və Don Payn İllinoys ştatından senatora dəstəklərini bildiriblər.

Barak Obama avqust ayında partiya qurultayında bu və ya digər namizədi müdafiə edə bilən super nümayəndələrin dəstəyini almaq məqsədilə dünən Konqresin Nümayəndələr Palatasında olmuşdur. Super nömayəndələrin dəstəyi nominasiya prosesində həlledici ola bilər.

Demokrat partiyasından digər namizəd senator Hillari Klinton Vest Virciniya ştatında tərəfdarlarını onun namizədliyinin sona çatdığını deyən siyasi təhlilçilərə əhəmiyyət verməməyə çağırıb. Növbəti ilkin seçkilər bu ştatda keçiriləcək.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər

  Başqa xəbərlər