Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Birmada xunta yardım səylərini əngəlləyir

11/05/2008

In this Burma News Agency photo taken on 7 May 2008, relief supplies from Bangladesh are unloaded at an airport in Rangoon, Burma
Minlərlə qaçqın fəlakət zonasını tərk edirkən beynəlxalq yardım azacıq da olsa Birmaya daxil olmaqdadır.  Lakin hələ də ölkənin hərbi hökuməti xarici ekspertlərə yardım paylamağa icazə vermir.  Dünya ictimaiyyəti 100 milyon dəyərində yardım verməyi öz öhdəliyinə götürüb, lakin hərbi liderlər ərzaq yardımını aeroportda saxlayır, yardım işçilərinə visa verməkdən imtina edir və yardımın özləri tərəfindən paylanmasını təkid edirlər.  Bəzi hallarda yardım televiziya ilə yayımlanan mərasimlərdə yüksək rütbəli generalların adları qutuların üzərində yazıldıqdan sonra qaçqınlara təqdim olunub.  Britaniya yardım agentliyi Oxfam-in regional direktoru bu gün Banqkokda müxbirlərə deyib ki, ərzaq, təmiz su və dərman çatışmazlığı üzündən milyon yarım insan ölüm təhlükəsi ilə üzləşir.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər

  Başqa xəbərlər