Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Çində baş verən zəlzələ nəticəsində minlərlə insan həlak olub

12/05/2008

Hospital patients wait outside after an earthquake in Fuyang, in China's Anhui province Monday, 12 May 2008Çin rəsmilərinin bildirdiyinə görə, cənub-qərbi Siçuan vilayətində şiddətli zəlzələ səbəbi ilə 8 500-dən çox insan həlak olub, 10 minlərlə adam xəsarət alıb. Tsinxua xəbər agentliyi 900-ə yaxın şagirdin iki ibtidai məktəbin dağıntıları altında qaldığını bildirir. Xəbərlərdə iki kimya zavodunun dağıldığı, yüzlərlə insanın dağıtılar altında qaldığı, minlərlə insanın evakuasiya edildiyi bildirilir.

ABŞ-ın Geoloji Aradırmalar Mərkəzinin bildirdiyinə görə zəlzələnin şiddəti Rixter şkalası ilə 7.8 bal olub. Çin prezidenti Hu Tsuntau zəlzələyə məruz qalmış bölgələrə yardım göstərilməsi üçün bütün səylərin səfərbər edilməsinə göstəriş verib.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər

  Başqa xəbərlər