Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

İraqda İran cinayətkarlığı

14/05/2008

Böyük Britaniyanın müdafiə naziri Des Braun ölkəsinin qanunveriçilərinə deyib ki, Britaniya əsgərlərinin İraqın hərbi qüvvələrilə  birgə  fəaliyyəti nəticəsində İran vasitəsi ilə əldə edilə bilən çox  sayda  silah ələ keçirib. yaraqlıların İraqda istifadə etdikləri silah və hərbi ləvazımatın çoxunun birbaşa, ya İrandan  ya da onun ərazisi vasitəsilə gətirilməsinə dair dəlillər var.  Nazir İranın qiyamçı qrupları dəstəkləməsini qəbuledilməz adlandırıb.

Cənab Braun  bu açıqlamanı Amerika hərbi qüvvələrinin Birləşmiş Hərbi Qərarahqahlar rəisi, Amerika Hərbi Dəniz Donanması  admiralı Mike Mullenin İranın İraq yaraqlılarını təlimlər və sihlarlarla təmin etməsi hallarının çoxaldığı barədə çıxışından bir neçə gün sonra verib.

 “ Mən İran hökuməti  və Qüds korpusunun İraq və Yaxın Şərq bögəsində  öldürüçü və zərərli təsirinin  çoxaldığından narahatam. Mən bu yaxınlarda baş verən hadisələr, xüsusilə Bəsrə əməliyyatı İraqın sabitsizliyini nə qədər pozduğunu  göstərir.”

Admiral Mullen  deyir ki, İran cinayətkar qrupları silah, hərbi sürsat və təlimlərlə dəstəkləyir. Onları koalisiya və İraqın hərbi heyətinə qarşı hücumları və qətllərə təşviq edir.

“ Bir neçə ay öncə,  İran hökuməti bu növ fəaliyyətlərini dayandıracağına söz vermişdi. Bu əməllərin dayandırılmadığı, başqa istiqamət aldığı aydın məsələdir.

İran rejiminin yaratdığı problemlətin öhdəsindən gəlmək üçün Amerika hərbi qüvvələri diqqətini  onun İraqın daxilindəki hədələrinə yönəldib.  Bütün variantlar açıq saxlanılır. Diplomatiya, maliyyə  və beynəlxalq ictimaiyyətin təzyiqi daxil olmaqla, milli qüvvənin digər növlərindən  istifadə edərək bu məsələnin həllinə nail olmaq olar. ”

Admiral Mullen İran rejiminin ziyankar fəaliyyətinin təkcə İraqla məhdudlaşmadığını deyir: “ İran rejimi reqiondakı digər terrorçu  qrupları, o cümlədən Hizbullah və Həması dəstəkləyir, bəzi dəllilərə əsasən o, Əfqanıstanda talibana da yardım edir.” Admiral Mullen bildirir ki, Birləşmiş Ştatlarların  İranla  hərbi qarşıdurmaya gedəcəyi gözlənilmir.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər

  Başqa xəbərlər