Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

ABŞ İranla təhlükəsizlik təminatı əldə oluna bilməyəcəyini deyib

14/05/2008

Ağ Ev bildirib ki, nüvə proqramına görə İranla danışıqlarda təhlükəsizlik təminatı əldə oluna bilməz. ABŞ prezidenti Corc Buşla birgə İsraildə olan Ağ Evin sözçüsü Qordon Condronun sözlərinə görə, İranın təhlükəsizliyinin təminat altına alınmasının ən yaxşı yolu İsraili xəritədən silmək təhdidlərini və İraq, Əfqanıstan və Livanda stabilliyi pozmaq cəhdlərini dayandırmaqdır.

Daha əvvəl isə Rusiya dünyanın qüdrətli dövlətlərini İranın nüvə proqramı ilə bağlı mübahisənin həllinə yardım məqsədilə rəsmi Tehrana təhlükəsizlik təminatı verməyə çağırıb. Rusiya xəbər agenlikləri ölkənin xarici işlər naziri Serqey Lavrova istinadən bildirir ki, güclü dövlətlər həmçinin İranın Yaxın Şərq danışıqlarında daha yaxşı mövqe tutmasını təminat altına almalıdır. Cənab Lavrov bunun Yaxın Şərqdə gərginliyin azalması və İranın nüvə probleminin həllində effektiv olacağını deyib.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər

  Başqa xəbərlər