Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

ABŞ prezidentinin Yaxın Şərqə səfəri davam edir

15/05/2008

President Bush addresses the Knesset in Jerusalem, 15 May 2008ABŞ prezidenti Corc Buş  İranın nüvə silahı əldə etməsinə yol verilməsinin  “gələcək nəslə  bağışlanmaz xəyanət” olacağını deyib.  Bu gün İsrail parlamenti-Knessetdə çıxış edən prezident  İranı dünyanın aparıcı terror sponsoru adlandırıb.  O deyib ki, sülh naminə  bəşəriyyət  İrana nüvə silahı əldə etməyə  yol verməməlidir.  ABŞ prezidenti Corc Buş  Amerika və İsraili ayrılmaz müttəfiqlər adlandırıb. O, ABŞ-İsrail münasibətlərinin kəsildiyi təqdirdə yaxın Şərqdə probelmlərin həll ediləcəyinə dair fikirləri rədd edib.  Amerikanın dövlət başçısı  deyib ki, Yaxın Şərq müsəlmanları Əl-Qaidə və Həmas kimi ekstremist qrupların  ədalətdən nə qədər uzaq olduqlarını dərk etsələr, onlar asanlıqla məğlub edilər.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər

  Başqa xəbərlər