Bu gün Amerika Birləşmiş Ştatlarında Müstəqillik günü qeyd edilir. 232
il bundan əvvəl 1776-ci ilin iyul ayının 4-də Britaniyanın müstəmləkəsi
olan 13 ştat rəsmən müstəqilliyini elan edib. Bu gün paytaxt
Vaşqintonda konsertlər və atəşfəşanlıq təşkil ediləcək. ABŞ prezidenti
Corc Buş Amerika Birləşmiş Ştatlarının üçüncü prezidenti-ölkənin
ata-banilərindən biri adlandırılan Tomas Ceffersonun ev-muzeyinin
yerləşdyi Virciniya ştatının Montiçello şəhərində təşkil edilən
şənliklərə qatılıb. Müstəqillik bəyənnaməsinin müallifinin vətənində
ABŞ prezidenti 72 yeni ABŞ vətəndaşını təbrik edib. ABŞ prezidentliyinə
demokrat namizəd Barak Obama Montana keçirilən paradda iştirak edəcək.
Respublikaçı Con Makkeyn isə vətəni Arizonadadır.