Birləşmiş Ştatların İraqdakı hərbi
qüvvələrinin bildirdiyinə görə, yol kənarına yerləşdirilmiş bomba partlayışı
nəticəsində İraqda müqavilə ilə işləyən 4 nəfər ölmüş, 8 nəfər yaralanmışdır. Hərbi qüvvələrin bəyanatında hücumun Mosul şəhəri yaxınlığında təhlükəsizlik qüvvələri tərəfindən mühafizə
olunan kontraktorların maşın karvanına
qarşı həyata keçirildiyi deyilir.
Digər bir xəbərə görə isə,
İraq hökumətinin təkliflərinə baxmayarq, Ağ Ev İraqla son vaxtlar keçirilən təhlükəsizlik üzrə
danışıqların məqsədinin ABŞ qüvvələrinin bu ölkədən çıxarılması məsələsi
olmadığını bildirib.