Roma Papası 16-cı Benedikt
Avstraliyanın Sidney şəhərində toplaşmış gənc katolikləri yer kürəsinin zərif
ətraf mühitini qorumağa və boş materializmi rədd etməyə səsləyib. Pontif nitqini bu gün, Dünya Gənclər Günündə
Sidneyin məşhur buxtasında 100 min zəvvar qarşısında söyləyib. Benedikt habelə izdihama bildirib ki,
bəşəriyyət planetin okeanlarını və başqa təbii sərvətlərini öz istehlakı naminə
xərcləyib. O, həmçinin alkohol və
narkotiklərdən istifadənin, müasir əyləncədə seksual deqradasiyanın
televiziyada və internetdəki təsirlərini pisləyib. Benediktin çıxışı buxtada qayıqla gəzinti və Aborigen
mərasimindən sonra başlayıb.