BMT-nin baş katibi ban Gi Mun artmaqda olan ərzaq və yanacaq
qiymətlərinin 2015-ci ilədək yoxsulluq və aclıq səviyyəsinin yarıya
endirilməsini qarşıya məqsəd qoyan “Millenium inkişafı” proqramını
təhlükə altına qoyduğunu deyib. Baş katib deyib ki, kənd təsərrüfatı və
fermaçılıq mallarının istahsalının inkişafı üçün illik xərc 25-40
milyard dollar təşkil edəcək. Buna görə beynəlxalq ictimaiyyət təcili
ölçülərə əl atmaqla insanları bu təhlükədən xilas etməlidir-deyə o
bildirib. BMT-nin baş katibi ban Gi Mun xəbərdarlıq edib ki,
ölçülər götürülməsə, 100 milyon insan aclıqla üzləşəcək. Bu isə öz
növbəsində siyasi sabitsizlik, miqrasiya artımı, qlobal inflyasiya və
iqtisadi tənəzzüllərə yol açacaq.