Bu gün ilk dəfə olaraq Cenevrədə İranla ABŞ arasında görüş keçirilir.
Bağlı qapılar arxasında keçirilən İsveçrə danışıqlarında Amerikanın
yüksək səlahiyyətli diplomatı Uilyam Börns, İran nümayəndəsi Səid
Cəlili və Avropa İttifaqının Xarici Siyasət Şöbəsinin rəhbəri Xaviyer
Solana iştirak edir. Müzakirələrə Böyük Britaniya, Almaniya, Fransa,
Rusiya və Çin rəsmiləri də qatılıb. Danışıqların gündəliyində uran
zənginləşdirilməsinin dayandırılması bir nömrəli məsələdir. Dünən
İranın xarici işlər naziri Mənuçehr Mottaki demişdi ki, Amerika ilə
nümayəndəliyin təsisi və birbaşa uçuşlar barədə danışıqlar keçirilə
bilər. Türkiyənin paytaxtı Ankarada danışan nazir İranın nüvə
proqramına dair bugünkü danışıları müsbət inkişaf adlandıraraq, gələcək
nailiyyətlərə ümid bəslədiyini deyib. ABŞ dövlət katibi Kondoliza Rays
bidlirib ki, bu qərar Amerikanın İranla ümimi dil tapmaq səylərini
nümayiş etdirir. Lakin o, bu addımın Amerikanın mövqeyinin yumşalmasına
işarə olmadığını deyib.