Venesuela prezidenti Hüqo
Çavez bu gün Moskvaya gedib. Səfər
zamanı onun Rusiya ilə münasibətləri möhkəmləndirəcəyi və silah-sursat
alacağı gözlənilir. Cənab Çavez
Moskvada ikən Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putinlə
görüşəcək. Rus mediasınn məlumatına
görə alınacaq silahın dəyəri 1 milyard dollardan çox ola bilər. Karakas son illərdə Moskvadan 4 milyard
dollar həcmində hərbi ləvazimat alıb. Venesuela prezidenti habelə hərbi və biznes liderləri ilə
görüşəcək.