Pakistan və İran qaçaqmalçılıq və terrorizmlə mübarizə əməkdaşlığına
dair razılıq əldə edib. Pakistanın Daxili İşlər Nazirliyinin rəsmisi
Rəhman Malik iranlı həmkarı Mehdi Haşemi ilə bu gün İslamabadda birgə
stretegiyanın detallarını müzakirə edib. Rəhman Maliki müxbirlərlə
söhbət zamanı deyib ki, tərəflər yanacaq qacaqmalçılığı və
terroristlərin hərəkətinə mane olunması məqsədi ilə sərhəd bölgələrdə
xüsusi məntəqələr açacaq. O, həmçinin İran və Pakistanın
təriqətlərarası fikir ayrılıqlarının aradan qaldırılması üçün ruhani
nümayəndələrdən ibarət komitə təsis ediləcəyini deyib. Pakistan rəsmisi
bildirib ki, ölkələr arasında axtarışda olan cinayətkarların mübadiləsi
barədə də razılıq əldə edilib.