Amerikanın Səsi ▪ Azerbaijani
Etibarlı Xəbər və İnformasiya Mənbəyi

Mətn
Search

Gürcüstanın azərbaycanlı deputatı: "Ölkəyə dəyən ziyan bir ilə aradan qaldırıla bilər"

20/08/2008
Azər Süleymanovla müsahibə - Yükləmək (MP3) audio clip
Azər Süleymanovla müsahibə -  - (MP3) audio clip

Russia Georgia ConflictGürcüstanda gərginlik davam edir. Gürcüstan parlamentinin deputatı Azər Süleymanovun bildirdiyinə görə, bu gün ölkə prezidenti Mixail Saakaşvili parlamentin üzvləri ilə qapalı iclas keçirib. İclas zamanı prezident deputatlara bildirib ki, bir il ərzindı ölkə dəyən ziyan aradan qaldırılacaq. Rəsmi məlumatlara görə Gürcüstan tərəfindən 220 nəfərin həlak olduğunu bildirən cənab Süleymanov Rusiya tərəfinin isə 65 nəfər itki verdiyini bildirib. Ölənlərin sayının çox olduğunu istisna etməyən deputat regiondakı vəziyyətin itkilərin dəqiq sayının müəyyən olunmasının qarşısını aldığını qeyd edib.  O, Gürcüstan qüvvələrində xidmət edən bir neçə azərbaycanlının yaralandığını dilə gətirib. Amerikanın səsinə "Qafqaz evi" barədə də məlumat verən Azər Süleymanov Gürcüstanın Rəcəb Tayyip Ərdoğanın irəli sürdüyü bu ideyanı dəstəklədiyini ancaq, ideyanın gerçəkləşməsi üçün buraya Rusiya və Ermənistanın da cəlb olunmasının vacibliyini vurğulayıb. Cənab Süleymanov Rusiya qüvvələrinin Gürcüstanı tərk etməsi barədə yayılan xəbərləri təkzib edərək deyib ki, ölkədə belə bir abu-hava hiss olunmur. O, habelə azərbaycanlıların gürcü qaçqınlara yardım çatdırılması prosesində də fəal iştirak etdiyini bildirib. Azər Süleymanovla ətraflı müsahibəyə qulaq asmaq üçün səsli faylı yükləyə bilərsiniz.

emailme.gif Bu məqaləni göndərin
printerfriendly.gif Çap variantı

  Baş xəbərlər
Andris Piebalqs: “Bəli, biz Rusiya ilə rəqibik”

  Başqa xəbərlər
Əli Babacan: Cənubi Qafqazda problemləri həll etmək lazımdır  Audio Clip Available
"Kommersant"-ın eksperti: "Medvedevin səfəri gecikmiş addım idi"  Audio Clip Available
Senator Hillari Klinton Dövlət katibi vəzifəsinə nominasiya edilib
Dövlət katibi Kondoliza Rays Mumbay hücumlarını qınayıb
ABŞ terror və nüvə hədələrinə qarşı əlavə hərbi dəstələr yaradır
Liviya gəmisi geri qaytarıldı
İran hökuməti daha bir azərbaycanlı jurnalisti həbs edib
AKP-nin İstanbuldakı ofisi yaxınlığında bomba hücumu həyata keçirilib
Bu gün Dünya GİÇS günüdür
ABŞ Mumbay terror hücumları ilə bağlı təhqiqata kömək edir
NASA şatlın Yerə enməsi planını dəyişir
Gürcüstan AB-ni Rusiyaya az güzəştə getməyə çağırıb
Barak Obama senator Klintonu Dövlət katibi vəzifəsinə nominasiya etməyə hazırlaşır
Hindistanın təhlükəsizlik rəsmisi istefa verib
İran ərəb ölkələri ilə birgə stansiyaların inşasını təklif edir
Rumıniyada parlament seçkiləri keçirilir
Türkmənistanda tarixi sammit
Əfqanıstanda 45 talibançı öldürüldü
Gürcüstan Nikaraqua ilə əlaqələri kəsir
Tac Mahalda terror aksiyalarına son qoyuldu