VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

23 Oktyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Qulamrza Əmaninin ölümünün birinci ildönümüdür

23/10/2009

İNSAFƏLİ HİDAYƏT

Qulamrza

İran Azərbaycanlılarının mədəni hüquqları uğrunda mübarizədə mühüm rolu olan Qulamrza Əmaninin ölümünün birinci ildönümüdür. İrandan aldığımız xəbərlərə görə Təbrizdə onun qəbri üstündə və İran Azərbaycanın başqa şəhərlərində onun xatirəsini yad etmək üçün anım mərasimləri təşkil edilib.

Əmani tələbə ikən İranda mədəni hüquqların müdafiəsi sahəsində geniş fəaliyyət göstərmişdi. O, İranda azərbaycanlı fəalların cavan nəslinin nümayəndəsi kimi tanınır. Onun və həmin nəslin başqa hərəkatçılarının fəaliyyəti dövründə İran azərbaycanlıları öz narahatlıqları və mədəni hüquqları barədə tələbləri ilə əlaqədar xəbərləri xaricdə yaymağa nail olmuş Azərbaycan Respublikası və Türkiyədəki təşkilatlarla əlaqələr yaratmağa başlamışdılar.

Qulamrza Əmani göstərdiyi fəaliyyətlərə görə İranda dörd il həbsdə qalmış, azadlığa buraxılandan sonra da tez-tez nəzarət altına alınmışdır. Xatırladaq ki, Qulamrza Əmani  bundan bir il əvvəl iki qardaşı ilə bir yerdə maşın qəzası nəticəsində dünyasını dəyişmişdi. Bəzi təşkilatlar onun ölümündə qəsd olduğunu iddia etsə də bu müstəqil mənbələr tərəfindən təstiq edilə bilməyib.  


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər