VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

27 Oktyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Avropa Birliyi və Cənubi Qafqaz dövlətləri nazirlərinin ilk görüşü olub


27/10/2009

Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bradtke (ABŞ) noyabrın əvvəlində regiona növbəti səfər edəcək.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin oktyabrın 26-da Lüksemburqda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşləri barədə yaydığı birgə bəyanatda deyilir ki, görüş “konstruktiv ruhda” keçib. “Görüş zamanı danışıqların indiki mərhələsinə qiymət verilib və dekabrın 1-2-də Afinada keçiriləcək ATƏT Xarici İşlər Nazirləri  Şurasının iclası nəzərə alınaraq atılacaq növbəti addımlar müzakirə edilib”.
Noyabrın əvvəlində həmsədrlər regiona gələrək Azərbaycan və Ermənistan liderləri ilə görüşlər keçirəcək, Qarabağ münaqişəsinin həlli ilə bağlı baza prinsiplərinə dair fəaliyyəti davam etdirəcəklər.
Noyabrın 26-da Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 10-cu iclası da keçirilib.
Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində ilk dəfə olaraq İsveçin Xarici işlər naziri Karl Bildt, İspaniyanın Avropa məsələləri üzrə Dövlət Katibi Dieqo Lopez Qarrido, Avropa Birliyinin Ümumi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi  Xavyer Solana, Avropa Komissiyasının nümayəndələri və üç Cənubi Qafqaz ölkəsinin xarici işlər nazirlərinin birgə işçi səhər yeməyi olub.
Görüşdə Avropa Birliyi ilə Cənubi Qafqaz ölkələri arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, Şərq Tərəfdaşlığı Təşəbbüsü çərçivəsində əməkdaşlıq, Avropa Birliyi ilə assosiasiya sazişlərinin hazırlanması, Cənubi Qafqaz regionunda mövcud münaqişələrin nizamlanması ətrafında fikir mübadiləsi aparılıb.
Cənab Məmmədyarov bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında irəliləyişin əldə edilməsi üçün ilk növbədə Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunları çıxarılmalıdır. “Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılması bölgədə bütün kommunikasiyaların açılmasına, sülhün və təhlükəsizliyin bərqərar olunmasına, regional inkişaf və əməkdaşlığa imkan yaradar”.
Cənab Solana münaqişənin həlli üçün danışıqlarda dinamikliyin vacibliyini deyib. “Avropa Birliyi  nizamlanma prosesinin müsbət inkişafı üçün mümkün addımlar atmağa hazırdır”.
Sonda Avropa Birliyi Şurası Prezidentliyi, Avropa Komissiyasının nümayəndələri, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirib.
Səfər çərçivəsində nazir Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin iştirakı ilə görüşü də keçirilib. Görüşdə Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşü, danışıqların hazırkı mərhələsi və həmsədrlərin regiona növbəti səfəri  müzakirə olunub.


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər
Barak Obama Əfqanıstanla bağlı yeni strategiyasını gələn həftə açıqlayacaq
Mahmud Əhmədinejad Venesueladadır
Son zamanlar Iranda çox sayda tələbənin həbs edildiyi bildirilir
Azərbaycanda məişət zorakılığı ATƏT-in diqqətindədir  Audio Clip Available
Ombudsman Apelyasiya məhkəməsinin blogerlərin  işində dönüş yaradacağına ümid edir
Cundullanın 7 üzvünü həbs edilib
Azərbaycanda otuz mindən çox namizəd bələdiyyə seçkilərində iştirak edir
ABŞ-da donuz qripi hallarının azaldığı qeyd edilir
Azərbaycanda narkomaniyaya qarşı mübarizə aksiyaları keçirilir  Audio Clip Available
Barak Obama Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün yekun yığıncağını keçirib
Emin Milli və Adnan Hacızadənın həbsinə dair narahatlıqlar artır
İraqda ümimmilli seçkilər baş tutmaya bilər
İranın məşhur islahatçısı Məhəmməd Ətriyanfər zaminə buraxılıb
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
İranda ən çox satılan qəzet bağlanıb
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir