VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

27 Oktyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Azərbaycanlı alim İranda həbs edilib


27/10/2009

Azərbaycanlı alim Rəşid Əliyev 2008-ci ilin oktyabrın 6-da həbs edilib. İran tərəfinin dəvəti ilə Tehrana gedəndən  sonra alim saxlanıb və təkadamlıq kameraya salınıb. Bu barədə “Amerikanın səsi” radiosuna müsahibəsində alimin hüquqlarını ictimai müdafiə komitəsinin sədri, Lazer Elmi Texniki Mərkəzinin direktoru So
[insert caption here]
Rəşid Əliyev
ltanhəmid Məlikov bildirib.
Onun sözlərinə görə, Bakı Dövlət Universitetinin lazer fizikası üzrə alimi Rəşid Əliyev 2006-2008-ci illərdə  “Sazan Electronics Industry Company” İran şirkətində çalışıb. O Bakı Dövlət Universiteti ilə şirkətin razılaşmasına uyğun olaraq İrana gedib. “İran şirkətində o lazer sistemlərinin quraşdırılması və idarə edilməsinə dair proqramların tədqiqi, stendlərin yaradılması və lazerin təcrübədən keçirilməsi layihəsinə rəhbərlik edib”.
Razılaşma müddəti bitdikdən sonra İran tərəfinin işləməklə bağlı təkliflərinə baxmayaraq cənab Əliyev Bakıya dönüb. “Sonra o, yenidən “Sazan Electronics Industry company” şirkətinin direktoru professor Abbas Eftexarinin xahişi ilə Tehrana qısamüddətli səfərə gedib və həbs edilib”.
 Müdafiə Komitəsi alimin azad edilməsi xahişi ilə İranın ali rəhbərliyinə müraciət edib. “İran prezidentinə müraciətimizə indiyədək cavab ala bilmirik”, - deyə S.Məlikov qeyd edib. 


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
Download Tapdıq Fərhadoğlunun Soltanhəmid Məlikovla müsahibəsi
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun Soltanhəmid Məlikovla müsahibəsi
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər