VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

27 Oktyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Harayın qonağı Sayman Həsənzadə: İranda etniklərin durumu ağırdır 


27/10/2009

[insert caption here]
Sayman Həsənzadə
Harayın qonağı Sayman Həsənzadədir. O son prezident seçkilərində Əliəkbər Ələminin etniklər üzrə vəkili olub.
Cənab Həsənzadə 1977-ci ildə Sulduz şəhərində anadan olub. Sonra ailəsi ilə birgə Təbrizə köçüb.
O seçkilər zamanı ilk dəfə olaraq Əliəkbər Ələminin seçki qərargahının etniklər üzrə komitə yaradılması təşəbbüsü ilə çıxış etdiyini bildirib. Bundan sonra bütün namizədlər etniklərin hüquqlarından danışıb.
Cənab Həsənzadə İranda etniklərin hüquqlarının qorunmadığını deyib. “İran hakimiyyəti öz konstitusiya öhdəliklərini yerinə yetirmir. Etniklər ana dilində məktəb, media, kitablar istəyir. Ancaq İran hakimiyyəti buna məhəl qoymur”.  
O şerini belə Azərbaycan dilində çap etdirə bilmədiyini deyir. “Şer kitabımı çapa hazırlamaq üçün senzuradan keçirməli idim. Senzura şerlərimin çox hissəsini çapdan çıxardı. Mən isə kitabı çap etdirməkdən imtina etdim. Çünki şerlər o qədər dəyişdirilmişdi ki, artıq şerlər mənim yox, senzorların idi. Vətən adları, Azərbaycan sözləri, tanrı adları bütünlüklə şerlərdən çıxarılmışdı”.
Cənab Həsənzadə indiki rejimin İranda etniklərin mədəni hüquqlarını bərpa etməyəcəyini bildirib. Onun fikrincə, İran hakimiyyəti mədəni hüquqların bərpasının rejimin çökməsinə səbəb olacağını düşünür.   



Şərhlər:

1. İran adı İSLAM olan dövlətdir!

Dəfələrlə istər VOA NEWS, istərsə də AZADLIQ radiolarında yayımlansın, İran yerli azərbaycnlılara qarşı etnik təmizləmə aparır, dilinin, mədəniyyətinin inkişafını fəal şəkildə istəyən azərilərə qarşı represiyalar olur. Hətta, son vaxtlar həbsdə olan azəriyə qarşı iyrənc təcavüz olmuşdur. Bu isə İranın adının islam respubilkası olduğuna, əməldə isə.......... respubilkası olduğuna dəlalət edir.
Göndərən: Məhərrəm AĞALROĞLU (Azərbaycan)
10-28-2009 - 06:19:23

 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər