|
|
|
Türkiyə-İran münasibətlərində azərbaycanlıların hüquqları
|
28/10/2009
|
|
Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan İrana səfəri əsnasında iqtisadi sahələrdə bir sıra iki tərəfli müqavilələr imzaladı. Əməkdaşımız İnsafəli Hidayətin fikrincə Türkiyənin bu ölkədə iqtisadi nüfuzunun genişlənməsindən İranda yaşayan azərbaycanlılar bəhrələnə bilər. Belə ki, İran Azərbaycanında sənayelərin fəaliyyət göstərməməsi və yüksək işsizlik həddi ciddi problemlərdir. Bu baxımdanTürkiyənin bu ərazidə investisiya qoyması yerli əhalinin rifahına xidmət göstərə və həyat standardlarını yaxşılaşdıra bilər. Məsələnin siyasi aspektinə gəldikdə isə hələ ki, Türkiyənin rəsmi dövlət siyasətində İranda yaşayan Azərbaycan türklərinin hüquqları geniş yer almır. Cənab Hidayətin sözlərinə görə, Türkiyə dövlət rəsmilərinin son açıqlamalaından belə məlum olur ki, onların çoxu İranda yaşayan azərbaycanlılar haqda kifayət qədər məlumata malik deyillər.
Şərhlər:
İlk şərhi siz yazın
Şərhinizi göndərin
Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
|
|
|