Roberto Miçeletti Hondurasda siyasi böhrana son qoyulmasına hazır olduğunu bəyan edib
30/10/2009
Hondurasın müvəqqəti prezidenti
Roberto Miçelettihakimiyyətdən salınmış
prezident Manuel Zelayanın hakimiyyətinin bərpası ilə ölkədəki siyasi böhrana
son qoyulmasına dair sazişi imzalamağa hazır olduğunu bəyan edib.
Miçeletti müzakirəçi
heyətinə 4 ay davam edən siyasi qarşıdurmanın aradan qaldırılması üçün razılığın
imzalanmasına göstəriş verdiyini deyib. Razılıq Konqres tərəfindən təsdiq
edilməlidir.
Manuel Zelaya bu razılığın onun hakimiyyətə qayıtmasını təmin edəcəyini
bildirib. Pakistanda səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton razılığı
alqışlayıb. Tərəflər arasında ortaq zəmin yaranması ABŞ-ın Hondurasa səfər edən
rəsmilərinin təzyiqlərinin nəticəsidir.
Zelaya hakimiyyətdən iyun ayının 28-i dövlət
çevrilişi zamanı uzaqlaşdırılmışdı.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.