VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

30 Oktyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Fələstin Azərbaycanda səfirlik açır


30/10/2009

Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad əl-Maliki Azərbaycanda üçgünlük səfərdədir. Səfər çərçivəsində Fələstin-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Fələstinli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti geniş müzakirə edib, iqtisadi və təhsil sahəsində əlaqələrin genişləndirilməsi barədə razılığa gəliblər. Nazir həmçinin Fələstin Muxtariyyətinin yaxın zamanda Azərbaycanda səfirliyini acacağını bəyan edib.
Tərəflər xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrlə bağlı ikitərəfli sazişin hazırlanması barədə razılıq əldə edib. Cənab Məmmədyarov Azərbaycanın müstəqil Fələstin dövlətinin yaranmasını dəstəklədiyini deyib.
Bundan sonra fələstinlilər Azərbaycanın ali məktəblərində təhsil alacaq. Nazir Məmmədyarov ilk öncə Fələstin diplomatlarının Azərbaycan Diplomatik Akademiyasında təhsil alacaqlarını bildirib.
Nazir Riyad əl-Maliki Fələstin xalqının müstəqillik uğrunda ədalətli mübarizəsində daim Fələstini dəstəklədiyi üçün Azərbaycan dövlətinə minnətdarlıq bildirib. O, siyasi məsələlərdə tərəflərin mövqeyinin üst-üstə düşdüyünü deyib. “Azərbaycan tərəfi Fələstinin ədalətli mövqeyini daim dəstəkləyib. Biz istəyirik ki, ikitərəfli əlaqələr daha da yüksək səviyyəyə qaldırılsın. Bunun ilk başlanğıcı kimi Azərbaycanda Fələstin səfirliyi açılacaq”.
Cənab əl-Malikinin fikrincə, dövlət rəhbərləri arasında əməkdaşlığın dərinləşməsi beynəlxalq qurumlarda hər iki ölkənin işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı qərarların qəbuluna təkan verər. Nazir hesab edir ki, fələstinlilərin Azərbaycanda təhsil alması Fələstin hökuməti üçün strateji məsələdir. “İqtisadi və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi apardıq. Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istər Azərbaycan, istərsə də Fələstin üçün strateji məsələdir”.
Hər iki nazir BMT-nin Azərbaycan və Fələstinlə bağlı qətnamələrinin yerinə yetirilməməsi barədə “Amerikanın səsi” radiosunun sualına da cavab verib. Nazirlər hesab edir ki, BMT Təhlükəsizlik Şurasının qərarlarının yerinə yetirilmə mexanizmi olmalıdır.
Cənab əl-Malikinin fikrincə, Azərbaycan və Fələstin BMT-nin qərarlarının yerinə yetirilməsi tələbi ilə bağlı əməkdaşlıq etməlidir. “Bu məsələdə əməkdaşlıq və fikir mübadiləsi aparılması hər iki tərəf üçün faydalı olar. Fələstin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəstəkləyir. İşğal altındakı əraziləri hər zaman Azərbaycanın ərazisi kimi tanımışıq. Bundan sonra da Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyimiz dəyişməyəcək. Azərbaycanın işğal altındakı ərazilərinin dərhal, ən əsası isə, sülh yolu ilə azad edilməsinin tərəfdarıyıq”.
Nazir Fələstində keçiriləcək seçkilər və “Həmas” hərəkət ilə bağlı da suallara cavab verib.
Belə ki, Fələstin lideri Mahmud Abbas gələn il yanvarın 24-də ümumxalq seçkisinin keçirilməsi barədə fərman imzalayıb. Seçkilər vasitəsi ilə İordan çayının qərb sahili, Qərbi Qüds və Qəzza bölgəsində yaşayan fələstinlilər milli muxtariyyətin liderini və Fələstin qanunvericilik Şurasının üzvlərini seçməlidir. “Həmas” Hərəkatı Mahmud Abbasın elan etdiyi seçkiləri tənqid etməkdə davam edir. Cənab əl-Maliki Fələstin liderinin konstitusiyaya uyğun hərəkət etdiyini və” Həmas”ın seçkilərdə uduzmaqdan qorxduğunu bildirib.
“Prezident Mahmud Abbas konstitusiyaya uyğun olaraq səsverməyə 90 gün qalmış seçkiləri elan edib. Kim ki, konstitusiyaya qarşı çıxır o, seçkilərin nəticələrindən qorxur. Seçkilər elan olunduğu vaxtda keçiriləcək. Əgər “Həmas” Hərəkatı buna zidd olacaqsa, bu onların seçkilərdən hakimiyyətə gəlmək üçün istifadə etdiyini nümayiş etdirəcək. Təbii ki, “Həmas” seçkilərdən qorxur və biz ümid edirik ki, seçkilər vaxtında keçiriləcək. “Həmas” əvvəldən həm elan edir ki, seçkilər bir mərhələdə olmamalıdır və həm də bildirir ki, onlar qalib gəlsə ikinci mərhələ keçirilməməlidir. Təbii ki, “Həmas”ın bəyanatları demokratiya ilə bir araya sığmır”, - deyə nazir qeyd edib


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
Download Tapdıq Fərhadoğlunun “Fələstin-Azərbaycan dostluğu” reportajı
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun “Fələstin-Azərbaycan dostluğu” reportajı
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər