VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

31 Oktyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Azərbaycan-İran rəsmi münasibətləri reallıqla uzlaşmır 


30/10/2009

[insert caption here]
Razi Nurullayev

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin xarici əlaqələr üzrə müavini Razi Nurullayev hesab edir ki, İran-Azərbaycan münasibətlərinin rəsmi səviyyəsi ilə qeyri-rəsmi səviyyəsi bir-birinə uyğun deyil. Cənab Nurullayevlə müsahibənin tam mətnini sizə təqdim edirik.

 

Sual: Azərbaycan-İran münasibətlərinin indiki səviyyəsinə sizin münasibətiniz necədir? Müxalifətin Azərbaycan-İran münasibətlərində perkspektivlərlə bağlı fikirləri necədir?

Cavab: Rəsmi münasibətlərdə hər iki dövlət dostluq və mehriban  qonşuluq haqqında bəyanatlar versə də, qeyri-rəsmi səviyyədə bir-birinə qarşı hərəkətlər qeydə alınır. Pərdə arxasında baş verənlər vizial olandan çox fərqlidir. Bu, ondan ibarətdir ki, Azərbaycan və İran arasında gizli bir mübarizə gedir. İran Azərbaycanın İsraillə dostluq etməsindən və İsrail
hökuməti ilə əlaqələr qurmasından çox narazıdır. Buna əks olaraq Azərbaycan
hökuməti də İranın Ermənistan əlaqələr qurmasından, Ermənitanın iqtisadi cəhəddən güclənməsinə kömək etməsindən və Ermənistan prezidentinin birinci rəsmi qonaq səviyyəsində qarşılamasında narazıdır.  Hesab edirəm ki, İran daha çox dövlətçilik təcrübəsinə malik bir ölkə kimi səhv etməyə borclu deyildi və bu addım İranın Azərbaycana sərt bir mesajı kimi dəyərləndirilə bilərdi.

Sual: İran hökumətinin İranda yaşayan azərbaycanlılara münasibəti ilə bağlı Azərbaycan müxalifətinin mövqeyi necədi?

Cavab: Əfsuslar olsun ki, 1988-ci ildən 2003-cü ilə kimi Azərbaycan müxalifəti İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə edirdi, bununla bağlı kifayət qədər toplantılar keçirirdi, məqalələr yazılırdı. Ancaq sonra ölkədə dəyişən vəziyyət və müxalifətin özünün durumunun
kəskinləşməsi və resurslardan azad olması onu daha öz daxili məsələlər diqqət yönəltməyə sövq etdi. Amma bu o demək deyil ki, müxalifət bu məsələlərdə effektivsizlik göstərir. Azərbaycanda yaşayan 30 milyona soydaşımızın mədəni hüquqları qorunmalıdır. Əgər Əbülfəz Elçibəy prezidentliyi dönəmində İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi hökumətin və siyasi partiyaların siyasətində prioritet idisə, hazırda arxa plana keçib. Müxalifətin  demokratiya və azadlıqların müdafiəsi ilə bağlı o qədər çox problemləri var ki, Cənubi Azərbaycan məsələsi ilə məşğul olmağa sadəcə imkanları qalmayıb.

Sual: AXCP öz lideri və Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin ideyalarını, xüsusilə də İranda yaşayan azərbaycanlılarla bağlı ideyalarını həyata keçirmək üçün gələcəkdə hansı planları qurur. Proqramınız necədir?

Cavab: Hesab etmirəm ki, AXCP-nin bununıa bağlı intensive bir planı var. Ancaq zaman-zaman keçmişdə bununla bağlı müəyyən proqramlar olub. Bu gün gündəmdə həmin məsələ o qədər də sərt şəkildə dayanmır. Çünki Azərbaycan özününü dövlət kimi asxlanılması və möhkəmləndirilməsi gündəmdədir. Azərbaycanda demokratik proseslər gündəmdədir. Azərbaycan özü bu qədər problem içində yaşamaqla və ərazinin 20 faizi işğal altında olmaqla, yeni bir ərazi iddiasına düşməsi onun üçün qeyri-müqabil olardı. Onun üçün
AXCP hazırda öz proqramında və mülahizələrində İrana heç bir ərazi iddiası irəli sürmür. Sadəcə olaraq partiya hesab edir ki, onların mədəni hüquqları qorunmalıdır. Bizim bunu görməməyimiz isə, əlbəttə ki, bizi məyus edir.


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
Download Tapdıq Fərhadoğlunun Razi Nurullayevlə müsahibəsi
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun Razi Nurullayevlə müsahibəsi
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər
Tehran mübadilənin İranda baş verməsi üçün 100 faizlik təminat istəyir
Dmitri Medvedev Sergey Maqnitskinin həbsxanada vəfatı ilə bağlı təhqiqat aparılmasına göstəriş verib
Barak Obama bu gün Ağ Evdə Hindistanın baş naziri Manmohan Singhi qəbul edib
BMT QİÇS-lə bağlı hesabat açıqlayıb
Çində iki adam süd qalmaqalına görə edam olundu
Həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü konstruktiv qiymətləndirir  Audio Clip Available
Avropa İttifaqı Cənubi Qafqazda vətəndaş cəmiyyətlərini dəstəkləyir
Cundullahın lideri müəyyən şərtlərlə tərki-silah təklif edib
Barak Obama Əfqanıstana əlavə hərbi qüvvə göndərilməsi qərarı ilə bağlı daha bir yığıncağa çağırıb
İranın sabiq daxili işlər naziri vəfat edib
Amerika-Azərbaycan əlaqələri müzakirə edilib
İran qoşunları hərbi təlimlər keçir
Mahmud Əhmədinejad bu gün Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşür
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər  Audio Clip Available
Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşündə mühüm bir nəticə əldə edilmədi
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir (video)  Video clip available