VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

31 Oktyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Dinləyici məktubları və şərhləri

31/10/2009
Natiq adlı dinləyicimiz Azərbaycandan  göndərdiyi məktubda ölkədə  qiymətlərin qalxmasından şikayətlənir. Onun sözlərinə görə qiymətlərin qaldırılması həmişə olduğu kimi gizlin və qəflətən  həyata keçirilib. Natiq bəy  qiymət qaldırılması  barədə əvvəlcədən  xəbərdarlıq  edilməsini istəyir. O deyir ki, əgər kimsə işə getmək üçün kartında 10 qəpiklə evdən çıxıbsa, o heç yerə gedə bilməyəcək.

Azərbaycandan başqa bir dinləyicimiz  Rasim Əmirli isə amerikanın səsi kimi xarici radioların milli tezliklərdə yayımı ilə əlaqədar məhdudiyyətlər haqqında  deyir ki, Azərbaycanda heç nə özbaşına deyil, Onun sözlərinə görə, FM dalğası mobil telefonlarda yaxşı tuturdu və o bundan istifadə edərək fikrini bildirir, sözümü çatdırırdı. “Camaatı bu imkandan ona görə məhrum etdilər ki, bir nəfərin sözünü geniş auditoriya eşitməsin. Ölkədə internet zəifdir və çox bahadır. Ele bu ən yaxşı senzuradır!”-deyə o bildirir.

Avstraliyadan Bəhruz Təmsili yazır ki, İranda yaşayan azərbaycanlıların güclü bir quruluşa ehtiyacı var.

Haray Proqramız barədə şərh verən Urmulu adlı dinləyicimiz dünyanın Güney Azərbaycanın mədəni haqlarının taptalanmasına göz yumduğunu bildirir. Onun yazdığına görə, İran Azərbaycanında Ana dilində təhsil hüququnun, milli mədəni haqqların pozulmasına  dünya, insan azadlıqları təşkilatları nə vaxta qeder göz yumucaq?

Elvin bəy Türkiyə ilə Azərbaycan arasında yaşanan son gərginliyiə öz münasibətini bildirir. Onun yazdığına görə, Türkiyə və Azərbaycan tarixi dostluq və qardaşlığı heç nəyə dəyişməməlidir. Belə bir addımı böyük bir səhv adlandıran Elvin bəy inanır ki, Türkiyə höküməti haqlı mübarizəsində Azərbaycanı heç vaxt yalnız buraxmayacaq.

Zohrab İbn Malik adlı oxucumuzun isə bu məsələyə mövqeyi fərqlidir.  O yazır ki, Tükiyə bizim müttəfiqimizdir. Amma, bu o demək deyil ki, Türkiyə öz maraqlarını güddüyü halda, biz güdməyək. “Türkiyə Ermənistanla sərhəddi açmamaqla bizim üçün böyük nəsə etdiyin düşünür. Məncə elə təkcə qazın qiymətini normal qiymətlərə qaldırmaqla biz onlara başa sala bilərik ki, onlar bizə yox elə biz onlara çox güzəştə getmişik.”-deyə dinləyicimiz bildirir.

Ucar Rayonunda bizə yazan Vasif Abdullayev isə rayonda məmur özbaşınalığının baş qaldırdığını və korrupsiyanın baş alıb getdiyini iddia edir. O redaksiyamızda bu barədə reportaj hazırlamağı xahiş edir.

Azərbaycandan Məhərrəm AĞALAROĞLU  yazır ki, İran yanlız  adı İSLAM  olan dövlətdir: O deyir ki, İranda öz mədəniyyətinin inkişafını  fəal şəkildə istəyən azərilərə qarşı represiyalar olur.  Dinləyicimiz  son vaxtlar İranda  həbsdə olan azəriyə qarşı təcavüzü xatırladaraq  yazır ki, bu İranın adının islam respublikası olmasına baxmayaraq, əməlinin başqa olduğuna dəlalət edir.

Xatırladaq ki, siz də verilişlərimiz və saytımızdakı xəbərlər barədə fikirlərinizi  bizə yaza bilərsiniz. E-mail Ünvanımız info@amerikanınsesi.org və ya info@amerikanınsesi.netdir.


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər
İraq parlamentinin sessiyası heç bir razılıq əldə edilmədən başa çatıb
Barak Obama: Asiya ilə ticarət Amerika iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir
Kabildə raket hücumu nəticəsində iki nəfər yaralanıb
Nidal Həsənin bu gün ilk məhkəmə dinləməsi keçirilir
Dalay Lama Barak Obamaya təşəkkürünü bildirib
Peşəvər şəhərində qaz sızması partlayışa səbəb olub
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər
Cənubi Qafqazda münaqişələr və təhlükəsizlik  Audio Clip Available
Azərbaycan qaz satışı ilə bağlı Asiya bazarlarını öyrənir
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
İranda həbsdə olan Azərbaycan aliminin taleyi məlum deyil  Audio Clip Available
Son həftə ərzində H1N1 donuz qripi səbəbi ilə 500 nəfər dünyasını dəyişib
Azərbaycanda neftin qiyməti seçkilərə hesablanıb  Audio Clip Available
Uşaq Haqları Konvensiyasının 20 yaşı tamam olur
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir
İran prezidenti Təbrizdə azərbaycanlıların mədəni tələbləri məsələsinə toxunmadı
Britaniyada intensiv yağışlar güclü daşqınlara səbəb olub
ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub
Dəyirmi Masa: Azərbaycanda internet və blogerlər
Əli Rıza Fərşi ilə müsahibə (audio)  Audio Clip Available
Harayın qonağı Cəmil Həsənli: İranda insanlara dil haqqı verilməməsindən narahatıq
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)  Video clip available