VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

01 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Obamalar ailəsi Halovin gecəsində uşaqlara şirniyyat payladılar

01/11/2009
ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obama şənbə gecəsi Halovin bayramı münasibətilə müxtəlif kostyumlar geymiş 2000 uşağa bayram hədiyyələri paylayıblar.  Halovin bayramında bütün Amerika boyu uşaqlar kostyumlar geyərək küçələri dolaşır, “kələk yaxud hədiyyə” deyə soruşaraq ev sahiblərindən şirniyyatlar alır.  Xanım Obama bəbir xallarını əks etdirən kostyum  və pişik qulaqlı papaq geymişdi.  Prezident Obama isə adi şalvar və sviterdə idi.  Uşaqlara verilən hədiyyələrə sağlam şirniyyatlar və konfetlər daxil idi.  Bayram münasibətilə Ağ Ev narıncı rəngdə işıqlandırılmışdı və binanın girəcəyindəki tavanda nəhəng süni hörümçək yerləşdirilmişdi.

Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər