VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

03 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
ABŞ-ın bəzi ştatlarında bu gün seçkilər keçirilir

03/11/2009

 

Birləşmiş Ştatların bir sıra ştatlarında bu gün keçirilən seçkilər prezident Barak Obamanın bir il bundan əvvəl prezident seçilməsindən sonra onun siyasətinin testi kimi qiymətləndirlilir.  

Prezident Obamanın keçən il qələbə çaldığı Virciniya və Nyu Cesi ştatlarda namizədlər arasında gərgin rəqabət gedir.  

Virciniyada qubernator seçklərində rəy sorğuları respublikaçı namizəd Bob Makdonnelin demokrat Kri Dids üzərində qələbə çala biləcəyini göstərir.  Rəy sorğuları göstərir ki, keçən Obamaya səs vermiş müstəqil seçicilər bu dəfə Makdonelli dəstəkləyir.  

Daha bir gərgin seçki isə adətən demokratlar üçün qələbənin asan təmin edildiyi Nyu Cersi  ştatında gedir.  Burada hazırda demokrat qubernator Con Korzine və onun respublikaçı rəqibi Kris Kristi arasında çox az fərq var. 

Siyasi təhlilçilərin fikrincə, respublikaçıların Nyu Cersi və Virciniya ştatlarında qələbəsi Obama administrasiyasının opponentlərinə stimul verəcək və 2010-cu ildə seçkiləri Konqresə nəzarət uğrunda mübarizə meydanına çevirəcək.


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər