ABŞ dövlət katibi Hillari Klinton ikinci
gündür diqqətini ərəblərin İsrailin yəhudi yaşayış məntəqələrinin
inşasının məhdudlaşdırılmasına dair fikirləri barədə şikayətlərinə yönəldib. Mərakeşdə ikən xanım Klinton deyib ki, Obama
administrasiyası İsraillə Fələstinin iki
dövlət kimi yanaşı yaşaması variantına dair öhdəliklərinə sadiq qalır və fikirlər
ehtiyatla söylənməlidir.
Keçən həftə xanım Klinton İsrailin sülh
müzakirələrinin bərpası üçün yaşayış məntəqələrinin inşasını
məhdudulaşdırmasını misilsiz barışıq səyi kimi qiymətləndirmişdi. Dövlət
katibinin dedikləri Fələstin liderlərinin kəskin tənqidi ilə qarşılanmışdı. Daha
sonra Hillari Klinton sözlərinə düzəliş edərək, İsrailin inşaat məhdudiyyətlərinin
Vaşinqtonun məsələ ilə bağlı mövqeyindən uzaq olduğunu demişdi.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.