Əfqanıstana yenidən prezident seçilən Həmid Karzay korrupsiyaya son qoyacağına söz verib
03/11/2009
Əfqanıstanın yenidən seçilmiş
prezidenti Həmid Karzay hökumətinin ölkədəkorrupsiya iə mübarizə ilə yanaşı əfqan xalqı ilə birgə çalışacağına söz verib. Bu gün Kabildə qələbə çıxışını edən
prezident Karzay yeni administrasiyasının ölkədə baş verənləri özündə əks
etdirən güzgü olacağını deyib. Prezident əfqan hökumətinin
korrupsiya ləkəsini təmizləyəcəyinə vəd verib. Cənab Karzay seçki qələbəsinin
bir şəxsin deyil, seçkilərdə iştirak
edən bütün əfqan xalqının qələbəsi olduğunu deyib. Prezident seçkiləridə Həmis
Karzayın rəqibi sabiq xarici işlər naziri Abdulla Abdullanın namizədliyini geri
götürməsindən sonra dünən Əfqanıstanın Seçki Komissiyası Həmid Karzayı qalib
elan etmişdi.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.