İranın rəsmi Fars xəbər agentliyinin məlumatında bildirilib ki, ölkənin cənub-şərqində ölümlə nəticələnən
hücumlarda əli olmaqda günahkar bilinən Cundulla - “Allahın Əsgərləri” qrupunun
üzvü Əbdülhəmid Rigi edam edilib. Agentlik polis rəsmisi Qulaməli Nekoiyəistinadən xəbər verib ki, Əbdülhəmid Riginin
ölüm hokmü dünən Zahedan şəhərindəki həbsxanada asılmaqla həyata keçirilib. Bununla
belə polis rəsmisi deyib ki, edam olunmuş Rigi Cundullanın lideri Əbdülmalik
Riginin qardaşı deyil, onunla eyni familiyanı daşıyır. Cundulla liderinin
qardaşı isə hələ də İran həbsxanasındadır. Ona ölüm cəzası verilsə də, hökmün
icrası sonradan təxirə salınmışdır.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.