VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

04 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Azərbaycanda donuz qripinə yoluxmuş xəstə qeydə alınıb


04/11/2009

Ukraynanın İvano Frankovski vilayətindən gəlmiş, 1969-cu il təvəllüdlü, Azərbaycan vətəndaşı olan Kürdəmir sakinini olan qadının A/H1N1 virusuna yoluxması laborotor analizləri nəticəsində təsdiq olunub. Hazırda qadının vəziyyəti normaldır və müalicəsi davam etdirilir. Bu barədə Səhiyyə nazirliyinin Sanitariya Epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov “Amerikanın səsi” radiosuna bildirib.
Xatırladaq ki, bu ilin iyulunda Azərbaycanda daha 2 hadisə, xaricdən gətirilmə (Fransa və İngiltərə) A/H1N1 qripi qeydə alınıb.
Səhiyə nazirliyinin mətbuat xidmətinin məlumatında  deyilir ki, Ümumdünya Səhiyyə Təşkilatı A/H1N1 qripi ilə bağlı bəzi ölkələrə təmənnasız olaraq 300 mln doza vaksin preparatlarının ayrılmasını nəzərdə tutub. Birinci mərhələdə 90-dan artıq ölkəyə, o cümlədən Azərbaycana vaksin veriləcək. Pandemik qripə qarşı vaksinin birinci hissəsinin 2009-cu il noyabr ayında paylanması gözlənilir.
Mətbuat xidməti bildirib ki, Səhiyyə Nazirliyi qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks epidemik tədbirləri gücləndirib. Qrip xəstəliyinin diaqnostikası üçün müasir laboratoriya, xəstələrin müalicəsində zəruri olan Elmi Tədqiqat Ağciyər Xəstəlikləri institutunda mənfi təzyiqli bokslar təşkil edilib. A/H1N1 virusunun aşkar olunması məqsədilə Respublika Taun Əleyhinə Stansiyasında PSR üsulu ilə laborator müayinələr aparılır. Xəstəliyin müalicəsində istifadə olunan oseltamivir preparatının, digər dərman vasitələrinin, dezinfeksiyaedici maddələrin, fərdi qoruyucu vasitələrin ehtiyatı yaradılıb.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, bu ilin aprel ayında A/H1N1 virus qripinin insanlar arasında qeydə alınıb və xəstəlik böyük sürətlə artaraq yayılmağa başlayıb. Hazırda xəstəlik dünyanın bütün qitələrinə yayılmıb.
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına əsasən dünya üzrə 415 minə yaxın insanda xəstə qeydə alınıb və 5 min nəfər bu xəstəlikdən ölüb. İnsanlar arasında əsas itkilər Amerika qitəsində yerləşən ölkələrin payına düşür. Bu regionda xəstələnənlərin 2,3%-i ölüb. Avropa regionunda xəstələnmiş 63 min nəfərdən 261 nəfər (0,4%) ölüb.


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər