VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

04 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Müharibələrdə ətraf mühitin məhvinin qarşısının alınması günü qeyd ediləcək


04/11/2009

Noyabrin 6-Da BMT-də Beynəlxalq Müharibə və Silahli Münaqişələr Zamani Ətraf Mühitin Məhvinin Qarşisinin Alinmasi Günü qeyd ediləcək.  BMT baş katibi Ban Kİ Munun beynəlxalq ictimaiyyətə müraciətində deyilir ki, Vyetnam müharibəsi zamanı kimyəvi maddələrin istifadəsi nəticəsində yaşıllığın məhv olunmasından otuz il və Körfəz müharibəsinin sonunda Küveytdə 600-dən artıq neft quyusunun dağılmasından 20 il keçməsinə baxmayaraq ətraf mühit indi də silahlı münaqişələrin qurbanına çevrilir. “On illərlə Qəzzada gedən münaqişə zamanı yeraltı su ehtiyatlarına dəyən zərər nəticəsində 1,5 milyon fələstinli suya möhtac qalıb və kənd təsərrüfatının məhvi təhlükəsi yaranıb”.
Onun fikrincə, 1990-cı ildən indiyədək baş verən ən azı 18 münaqişədə təbii ehtiyatlar mühüm rol oynayıb. “Almaz, ağac və qızıl ehtiyatları, Liberiya və Konqo Demokratik Respublikasında münaqişələri maliyyələşdirmək və uzatmaq məqsədi ilə silahlı qüvvələr tərəfindən istismara verilib. Bunun ətraf mühit və inkişaf üçün çox ağır fəsadları olub”.
Baş katib hesab edir ki, ətraf mühit və təbii ehtiyatların bir neçə beynəlxalq hüquqi sənəd vasitəsilə, o cümlədən  Cenevrə Konvensiyası ilə qorunmasına baxmayaraq bu sənədlərin qüvvəyə minməsi və həyata keçirilməsi istiqamətində görülən fəalliyyət hələ də çox zəifdir. “Sülhün yaradılması və möhkəmləndirilməsi üçün təbii sərvətlərin və ətraf mühitin həlledici amil olduğunu nəzərə alsaq, silahlı münaqişələr zamanı onların qorunması zəruridir. Yaşamağımızı təmin edən təbii sərvətlərin məhv olması və ya zərər görməsi davamlı sülhün qurulmasını mümkünsüz edir. Mən üzv-dövlətləri, müharibələr zamanı ətraf mühitin qorunmasını nəzərdə tutan beynəlxalq hüquqi qanunları aydınlaşdırmağa və genişləndirməyə çağırıram”, - deyə o qeyd edir.
Xatırladaq ki, Ermənistan-Azərbaycan münaqişəsi də artıq 20 ildən çoxdur ki, davam edir. Rəsmi mənbələr bu münaqişə nəticəsində minlərlə hektar ərazinin yandırıldığını, meşələrin qırıldığını, münaqişə bölgəsindəki qızıl yataqlarının qanunsuz və nəzarətsiz istifadəsini bildirir. 


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər