|
|
|
İran Amerika səfirliyinə hücumun dərslərini hazırda da yaşayır
|
By Tapdıq Fərhadoğlu
Bakı
04/11/2009
|
|
![[insert caption here] [insert caption here]](/azerbaijani/images/natiqMemmedli-1_1.JPG) | Natiq Məmmədli
| Bakı Dövlət Universitetinin müəllimi, tarixçi alim Natiq Məmmədli 30 il öncə İranda Amerika səfirliyinin zəbt edilməsinin tarixi dərsləri barədə “Amerikanın səsi” radiosuna müsahibə verib. Alimin fikrincə, Tehranda Amerika səfirliyinin zəbt edilməsi və diplomatların həbsi İranın beynəlxalq nüfuzuna ciddi zərbə vurub. İrandakı dini rejim həmin hadisələrin mənfi dərslərini hələ də aradan qaldırmayıb.
Sual: İranda Amerika səfirliyinə hücumun 30 ili
tamam olur. Bu 30 il İran tarixinə nə verdi?
Cavab:
Bu, həmin dövr üçün beynəlxalq münasibətlər sistemində qeyri-adi bir hadisə idi
və öz qeyri-adiliyini istər İran-Amerika münasibətlərinə, istər İranda baş
vermiş islam inqilabının dövlətlərarası münasibətlərə və beynəlxalq hüquqa
münasibətini göstərən bir hadisə kimi qiymətləndirirəm.
Sual:
Amerika səfirliyinin əməkdaşları Tehranda girov götürüldükdən sonra İranın
beynəlxalq münasibətlər sistemində hansı dəyişikliklər olub?
Cavab:
Diplomatik korpus namüyəndələrinin və diplomat olan şəxslərin Vyana Konvensiyası
ilə qorunan immuniteti var və beynəlxalq hüquq buna böyük hörmətlə yanaşır. Hər
bir dövlət buna dair öhdəlik götürüb və bu öhdəliklərə sadiq qalmalıdır. Özünə
hörmət edən dövlət hər hansı kritik siyasi məqamda belə bir addım atmamalıdır
və bu, yolverilməz haldır. Bu hadisə birinci növbədə İranın dövlət kimi
beynəlxalq münasibətlərdə imicinə çox mənfi təsir göstərdi. İkinci bir tərəfdən,
yeni yaranmış siyasi rejimin, yəni teokratik dövlət modelinin və onu təmsil edən,
xüsusilə, radikal dini qruplaşmaların dünyaya münasibətləri bir daha göstərdi.
Bu bir daha təsdiqlədi ki, islam inqilabı etdikdən sonra xalqın ehtiraslarında
istifadə edən qüvvələrin maraqlarına xidmət edirdi. Umumilikdə götürdükdə isə
belə hadisələr bir qayda olaraq dövlətlər arasında gərginliyə gətirib çıxarır
və bu gərginlik də sözdə olan gərginlik deyil, hətta hərbi əməliyyatların
başlamasına da rəvac verə bilərdi. Nəzərə alaq ki, həmim dövrdə ikiqütblü beynəlxalq
münasibətlər sistemi idi, soyuq müharibənin ən şiddətli dövrü idi və Sovet
İttifaqı İranda baş verən hadisələrə heç də
bitərəf yanaşmırdı. Deməli burada həm xarici qüvvələrin, həm də daxili
qüvvələrin təsiri var idi ki, müsəlman şərqində anti-amerika meylləri daha da
artsın. Bu məqsədlə də səfirlik tutuldu.
Sual:
Bir çox ekspertlər Tehranda Amerika səfirliyinə hücumu İranın beynəlxalq
münasibətlər sistemində bir dönüşün başlanğıcı kimi qiymətləndirir. Həmin dönüşdən
30 il keçib. İranın beynəlxalq münasibətlər sisteminə sizin rəyiniz necədir.
Məsələn, Azərbaycan-İran münasibətləri bir-birinə inamlıdırmı?
Cavab:
Təbii ki, bu, İranın xarici siyasətində bir presedent halını aldı.Səfirliyin tutulması
və orada 90 nəfərdən 52 nəfər diplomatın 444 gün girov saxlanması İrana nə
verdi? İran şahı geriyə tələb edirdi. Şah onsuz da ölümcül xəstə idi və 80-ci
ilin iyulunda Amerikada deyil, Misirdə vəfat etdi. Şahın həmiz vaxt ABŞ-a
qaçması kütləni qızışdıran amillərdən biri idi. Bəs bu hadisə Amerikaya necə təsir
göstərdi? Həmin dövrdə Amerika cəmiyyətində böyük nüfuzu olan Cimmi Karter
hakimiyyətdə idi. Bu hadisə onun nüfuzunu sarsıdan amillərdən biri oldu. Nə qədər
qəribə olsa da, nəyə görə 1979-cu il sindromunun bu vaxta qədər İranın xarici
siyasətinə təsiri hələ də qalmaqdadır? Çünki həmin dövrdə səfirliyə hücum
edənlərdən biri də hazırda İranın prezidenti olan Mahmud Əhmədinejad idi. Nə
qədər təəccüblü olsa da, hadisələrdən 20-30 il keçməsinə baxmayaraq, öz seçki
kampaniyasında o bəyan edir ki, səfirliyə həqiqətən də hücum edənlərdən biri
olub və bununla fəxr edir. Bu da bir daha İranın xarici siyasətdə davranış
qaydalarının bariz nümunəsidir.
Şərhlər:
İlk şərhi siz yazın
Şərhinizi göndərin
Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
|
|
|