Barak Obamanın atabir qardaşı yeni kitabı haqda açıqlama verib
04/11/2009
ABŞ
prezidenti Barak Obamanın atabir qardaşı media sükutunu pozaraq, yeni kitabı
haqda açıqlama verib. Yarı tərcümeyi-hal hekayəti onun qəddar atasından bəhs
edir. İlk müsahibəsi zamanı Mark Ndesanjo bildirib ki, bu əsər ailədaxili
zorakılıqlara diqqət cəlb edilməsi mahiyyəti daşıyır. Mark əsərində atasının
onu və anasını döydüyündən və zorakılıqların onun həyatında nə kimi iz
qoyduğundan yazır.Kitabda yəhudi amerikalı qadının kenyalı bir kişi ilə boşanmasından
bəhs edilir.
Mark Ndesanjo 7 ildir Çində yaşayır. Prezident Obamanın
inaqurasiyasına ailə üzvü kimi dəvət edilən Mark qardaşı haqda xatirələrini
bölüşməkdən imtina edib. Lakin o, Barak Obamanın noyabr ayının 15-dən 18-dək
Çinə səfəri zamanı onu ziyarət etməyi düşündünü deyib.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.