Respublikaçılar qubernator yarışlarında qalib çıxdı
04/11/2009
Respublikaçı və Demokrat Partiyalarının
liderləri iki qubernator yarışlarının nəticələrinə təsiri olan faktlarla
razılaşmır. Respublikaçıların Milli Komitəsinin sədri Maykl Stil Virciniya
ştatında respublikaçı namizədin qələbəsini seçicilərin prezident Obamanın
liberal siyasətindən yorulduğuna işarə adlandırıb. Demokratların Milli Komitəsinin sədri,
Virciniya ştatının hazırkı qubernatoru Tim Keyn seçkilərin
nəticələrinin milli əhval-ruhiyyədən qaynaqlanmadığını deyib. Keyn bildirib ki,
prezident Obamanın Virciniya və Nyu Cersi ştatlarında reytinqi 2008-ci il
seçkilərində əldə etdiyi səslərdən daha yüksəkdir. Virciniya ştatında
qubernator seçkilərində respublikaçı Bob Makdonnel, Nyu Cersidə isə
respublikaçı Kris Kristi qələbə qazanıb.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.