VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

04 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
İranda müxalifət mübarizəsini davam etdirir

04/11/2009
İranda ABŞ səfirliyinin ələ keçirilməsinin 30-cu ildönümü münasibətilə cərəyan edən gərginlikləri şərh edən İnsafəli Hidayət cəmiyyətdə anti-rejim ruhunun hələ də güclü olduğunu bildirib.  Onun sözlərinə görə mübahisəli seçkilərdən bir neçə ay ötməsinə baxmayaraq, insanlar hələ də demokratik hüquqlarının pozulmasından qəzəblidirlər.  Cənab Hidayət bildirib ki, bu gün Tehranla bərabər Təbrizdə də tələbələrin nümayiş keçirməyə cəhd göstərməsinə dair ona məlumatlar daxil olub.  Onun dediyinə görə polislə toqquşmadan sonra tələbələr universitetə çəkiliblər.  Müxalifətin tərkibi haqda danışarkən cənab Hidayət burada əsasən 30 yaşından aşağı gənclərin çoxluq təşkil etdiyini bildirib.  Eyni zamanda müxalifət hərəkatının sıralarında İslam rejiminin sabiq görkəmli xadimləri yer alıb.  İranda siyasi mübarizənin yeni mərhələyə daxil olduğunu qeyd edən İnsafəli Hidayət bir çox insanların artıq İslam rejiminin legitimliyini sual altına aldığını vurğulayıb.   

Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər