VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

04 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Prezident Obama İranda girov böhranının ildönümü münasibətilə açıqlama yayıb

04/11/2009
President Barack Obama (file photo)Prezident Obama Tehrandakı Amerika səfirliyinə edilən hücumun ildönümü münasibəti ilə verdiyi açıqlamasında  bildirib ki, 1979-cu il noyabrın dördündə baş verən bu hadisə  zamanı cəsarətli  vətəndaşlarımız haqsız olaraq  girov götürüldülər.  Prezident Obama deyib ki, göstərdikləri fövqəladə xidmət və fədakarlıqlara görə bizim həmin  Amerika vətəndaşlarına minnət borcumuz var. 

ABŞ prezidenti açıqlamasında  qeyd edib ki, həmin hadisə  Birləşmiş Ştatlarla İran arasında uzun müddət davam edən şübhə, etimadsızlıq və qarşıdurma dövrünün  başlamasına kömək etdi. O, bir daha  vurqulayıb ki, Birləşmiş Ştatlar  bu hadisələri keçmişdə buraxıb irəliyə doğru addım atmaq, İran İslam Respublikası ilə  qarşılıqlı maraqlara və hörmətə əsaslanan əlaqələrin yaranmasını arzu edir. "Biz İranın  daxili işlərinə müdaxilə etmirik. Biz İrana  qarşı  terrorçu hücumları məhkum etmişik. Biz İranın dinc məqsədli nüvə proqramına malik olmaq barədə beynəlxalq hüquqlarını  tanıyırıq" deyən  ABŞ prezidenti  bunu da qeyd edib ki, Birləşmiş Ştatlar  başqa ölkələrlə bir yerdə  etimad artırıcı  addımların atılmasını istədiyini də nümayiş etdirib.

Açıqlamada deyilir: "İran bir seçim etməlidir. Biz otuz ildir ki, İranın nəyin əleyhinə olduğunu dinləyirik; indi isə sual ondan ibarətdir ki, İran nə kimi bir gələcək istəyir. ABŞ xalqı  İran xalqına və onun zəngin tarixinə  böyük hörmət bəsləyir.  Dünya bu xalqın çox güclü  ədalət tələblərinin və universal  hüquqlar uğrunda cəsarətli  addımlarının  şahidi olmağa  davam edir."

Prezident Obama açıqlamasının axırında  deyir ki, artıq İran hökuməti  üçün bir qərara gəlməyin vaxtıdır.  O, fikrini keçmişdəki hadisələr üzərindəmi, yoxsa öz xalqı üçün daha böyük fürsətlər, firavanlıq və ədalət yolunu açacaq qərarları  qəbul etmək  üzərindəmi cəmləşdirmək istəyir.

Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər