VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

04 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Abdulla Abdulla Həmid Karzayın prezidentliyini qeyri-qanuni sayır

04/11/2009
Former Afghan presidential candidate Abdullah Abdullah gives a press conference at his residence in Kabul, 04 Nov 2009
Əfqanıstan prezidenti Həmid Karzayın başlıca siyasi rəqibi deyir ki, prezidentin yenidən seçilməsi qeyri-qanuni olub və bu, korrupsiyaya qarşı mübarizə səylərini təhlükə altına atır. Sabiq xarici işlər naziri Abdulla Abdulla saxtakarlıqların baş verəcəyini iddia edərək ikinci raund seçkilərdə namizədliyini geri götürmüşdü. Bu gün o, deyib ki, ikinci raund seçkiləri ləğv edən və cənab Karzaya əlavə 5 il hakimiyyətdə qalmağa imkan yaradan seçki komissiyasının bu addımı qeyri-qanunidir. Abdullanın Kabildə jurnalistlərə bildirdiyinə görə, belə şərtlərlə formalaşan hökumət nə korrupsiya ilə mübarizə apara bilər, nə də ki, Əfqanıstanın üzləşdiyi digər problemlərin öhdəsindən gələ bilər. Karzay hökuməti ilə koalisiya qurmağı planlaşdırmadığını bildirən  cənab Abdulla tərəfdarlarını sakit qalmağa çağırıb.

Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər