VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

04 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Gürcüstanın xarici işlər naziri Rusiya vətəndaşlığından imtina edir

04/11/2009

 

Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze Rusiya vətəndaşlığndan imtina edib.  Milliyətcə gürcü olan keçmiş sovet diplomatı Vaşadze bunu bu gün elan edərək deyib ki, o, Rusiya prezidenti Dmitri Medvedevə vətəndaşlıqdan imtina etdiyinə dair məktub göndərib.  Xarici işlər naziri öz pasportunu da göndərdəyini deyib.  

Vaşadze bu haqda qərarı Rusiya parlamentinin bəzi üzvlərinin onu Rusiya əleyhinə fəaliyyətlərdə ittiham edərək, vətəndaşlıqdan məhrum etməyə çağırmasından sonra verir.  Duma Rusiya qanununlarının buna icazə vermədiyini əsas götürərək bu  addımı atmaqdan imtina edib.  

Moskvada təhsil almış Qriqol Vaşadze və 1980-ci illərdə Sovet İttifaqının xarici işlər nazirliyində işləyib.  O, keçən il xarici işlər naziri təyin ediləndə ikili vətəndaşlığa malik idi.  

Vaşadze 2008-ci ildə Rusiya və Gürcüstan arasında diplomatik münasibətlər kəsildikdən sonra bu vəzifəyə təyin edilmişdir.



Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər