Britaniya əsgərləri Əfqanıstanın polis zabiti tərəfindən qətlə yetirilib
04/11/2009
Britaniyanın müdafiə rəsmilərinin
bildirdiyinə görə, Əfqanıstanın cənubundakı Helmənd vilayətində 5 Britaniya
əsgəri əfqan polis zabiti tərəfindən qətlə yetirilib. Rəsmilər deyir ki,
insident dünən, silahlı şəxsin polis məntəqəsindən hərbçilərə güllə atması və
qaçmasından sonra baş verib. NATO və Əfqanıstan Daxili İşlər Nazirliyinin birgə
bəyanatında deyilir ki, incident zamanı 6 Britaniya əsgəri və 2 əfqan
polisi yaralanıb. Əfqanıstanın Daxili
İşlər Nazirliyi məsələ ilə bağlı təhqiqata başlanacağına söz verib.
Nazirlik hücum edən şəxsin Əfqanıstanın Milli Polisində çalışdığını guman edir.
Britaniyanın baş naziri Qordon Braun hücumu qınayaraq, bunun "dəhşətli itki"
olduğunu deyib.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.