VOANews.com

Amerikanın Səsi ▪ AzerbaijaniEtibarlı Xəbər və İnformasiya Mənbəyi

06 Noyabr 2009 

Günün xəbərləri:

Canlı yayım: Dinləyin
45 dildə xəbərlər
Azərbaycanda dünyada ilk dəfə brusellyoz xəstəliyi müalicə olunub


06/11/2009

[insert caption here]
İsmayıl Həsənov
 Azərbaycanda baytarlıq mütəxəssisləri və alimlər brusellyoz əleyhinə yeni bioloji aktiv maddə yaradıb. Yeni bioloji aktiv maddə brusellyoz xəstəliyinə tutulmuş bütün növ heyvanların 7 gün ərzində 100 faiz sağalmasına səbəb olur. Bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, yeni bioloji aktiv maddənin müəllifləri Azərbaycan alimi Elxan Babayev və baytarlıq mütəxəssisləri İsmayıl Həsənov və Kliment Əsədovdur. Mütəxəssislər maddənin alınması üçün 4 il tədqiqatlar aparıb. “Brusellyoz əleyhinə yeni bioloji aktiv maddə təbii birləşmələr əsasında alınıb. Quruluşuna görə bu bioloji aktiv maddənin dünyada analoqu yoxdur”.
Cənab Həsənov bildirib ki, yeni bioloji aktiv maddəyə 2008-ci ildə patent alınıb. “Maddənin [insert caption here]bakterisid təsirə malik olmasını öyrənmək üçün Respublika Baytarlıq Laboratoriyasının baktereologiya şöbəsində “Brusellyozun törədicisinə qarşı orqanizmdən kənarda (in vitro) həssaslığı” öyrənilib və onun bakteriosid təsirə malik olması sübut edilib. Eləcə də sınaqlar iribuynuzlu və xırdabuynuzlu heyvanlar üzərində aparılaraq, brusellyoz xəstəliyinin modeli yaradılıb. Beləliklə, bu aktiv maddənin yüksək müalicəvi effekti əldə olunub”.
O, brusellyoz xəstəliyinə yoluxmuş iribuynuzlu heyvanın tam sağalmasının 20-25 manata, xırdabuynuzlu heyvanın sağalmasının isə 12 manata başa gəldiyini deyib. “Bu bioloji aktiv maddə Azərbaycanın müxtəlif rayonlarında da xəstəliyə tutulmuş heyvanların müalicəsinə cəlb edilib və 100 faiz nəticə əldə edilib. Bioloji aktiv maddə xəstə heyvana 2 gün ərzində hər gün bir dəfə olmaqla tətbiq edildikdən sonra, 5 gün sonra həmin heyvanda tam kiliniki sağalma baş verir”, - deyə cənab Həsənov qeyd edib.
Brusellyoz xroniki gedişli xəstəlikdir. Bu xəstəliyə iri və xırdabuynuzlu ev və çöl heyvanları yoluxur. Heyvanlardan insanlar da yoluxa bilir. Xəstəlik insanların əlilliyinə səbəb olur. İnsanlara xəstəlik əsasən heyvandarlıq məhsullarından çiy halda istifadə etdikdə keçir.
Xəstəliyə yoluxmuş heyvanlar isə məhv edilərək yandırılır. Xəstəlik hazırda Asiya və Afrikada daha xarakterikdir. Avropada da xəstəliyə rast gəlinir.


Şərhlər:

İlk şərhi siz yazın
 
Şərhinizi göndərin

Qeyd: E-mail ünvanınız saytda görünməyəcək.












 
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.
Download Tapdıq Fərhadoğlunun İsmayıl Həsənovla müsahibəsi
Yükləmək  (MP3)
Listen to This Report Tapdıq Fərhadoğlunun İsmayıl Həsənovla müsahibəsi
 - (MP3)
E-mail This Article Bu məqaləni göndərin
Print This Article Çap variantı
Comment on This Article Sizin şərhiniz
  Baş xəbərlər

  Başqa xəbərlər
İraq parlamentinin sessiyası heç bir razılıq əldə edilmədən başa çatıb
Barak Obama: Asiya ilə ticarət Amerika iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir
Kabildə raket hücumu nəticəsində iki nəfər yaralanıb
Nidal Həsənin bu gün ilk məhkəmə dinləməsi keçirilir
Dalay Lama Barak Obamaya təşəkkürünü bildirib
Peşəvər şəhərində qaz sızması partlayışa səbəb olub
Sima Didarla müsahibə: Həyat yoldaşıma təzyiq göstərmək üçün mənə qarşı ittihamlar irəli sürüb həbs cəzası veriblər
Cənubi Qafqazda münaqişələr və təhlükəsizlik  Audio Clip Available
Azərbaycan qaz satışı ilə bağlı Asiya bazarlarını öyrənir
Mikloş Haraşti: Azərbaycanda jurnalistlərin həbsinə son qoyulmasını tələb etməliyik
İranda həbsdə olan Azərbaycan aliminin taleyi məlum deyil  Audio Clip Available
Son həftə ərzində H1N1 donuz qripi səbəbi ilə 500 nəfər dünyasını dəyişib
Azərbaycanda neftin qiyməti seçkilərə hesablanıb  Audio Clip Available
Uşaq Haqları Konvensiyasının 20 yaşı tamam olur
Həbsdəki jurnalist Eynulla Fətullayev JMK-nin '2009-cu il Mətbuat Azadlığı Mükafatına' layiq görülən beş jurnalistdən biridir
İran prezidenti Təbrizdə azərbaycanlıların mədəni tələbləri məsələsinə toxunmadı
Britaniyada intensiv yağışlar güclü daşqınlara səbəb olub
ABŞ Milli Mətbuat Klubunda Eynulla Fətullayevin həbsi müzakirə olunub
Dəyirmi Masa: Azərbaycanda internet və blogerlər
Əli Rıza Fərşi ilə müsahibə (audio)  Audio Clip Available
Harayın qonağı Cəmil Həsənli: İranda insanlara dil haqqı verilməməsindən narahatıq
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Ross Vilson Dağlıq Qarabağ danışıqlarına ümidlə baxır (video)  Video clip available