Amerikada işsizlik səviyyəsi oktyabr ayında 10.2% təşkil edib
06/11/2009
Amerikada işsizlik səviyyəsi 1983-cü
ildən ən yüksək həddinə çataraq, oktyabr ayında 10.2 faiz təşkil edib. Əmək Nazirliyinin
hesabatında işini itirənlərin sayının 190 000 nəfər olduğu bildirilir.
ABŞ
prezidenti Barak Obama bildirib ki, hökumətin iqtisadi tənəzzüllə mübarizəsinə
baxmayaraq, işsizlik qarşıdakı iqtisadi çətinliklərə işarədir. Prezident
işsizlərin təzminat müddətinin uzadılması və ev alanların vergi güzəştlərinə
dair qanuna imza atdığını deyib.
İtirilən iş yerləri əsasən inşaat, pərakəndə
satış və istehsalat sahələrini əhatə edir. İşsizlik ABŞ iqtisadiyyatının 70
faizini təşkil edən istehlakçı xərclərinin azalmasına səbəb olub.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.