Əfqanıstanda beynəlxalq qüvvələrın hava hücumları tələfatla nəticələnib
06/11/2009
NATO-nun bugünkü açıqlamasında
bildirilir ki, dünən yol kənarına yerləşdirilmiş bomba partlayışı iki ABŞ
əsgərinin ölümü ilə nəticələnib. NATO hadisənin Əfqanıstanın cənubunda baş
veridyini bildirmiş, lakin detallar barədə məlumat verməmişdir.
Dünən gecə beynəlxalq qüvvələrin
hava hücumları zamanı 9 mülki vətəndaşın qətlinə görə hiddətlənmiş kəndlilərin Helmənd vilayətinin
Ləşkər Gah küçələrində etiraz aksiyalarına çıxdığı bildirilir. Əllərində ölənlərin
cəsədlərini gəzdirən kəndlilər hökumətə
və xarici qüvvələr əleyhinə süarlar səsləndirib.
Əfqanıstan prezidenti Həmid
Karzayın ofisi hücumları qınamışdır.
Əfqanıstandakı ABŞ qüvvələrinin yüksək səviyyəli komandiri, ordu generalı
Stenli Makkristal mülki vətəndaşlar arasında tələfatların qərb misiyasını kölgə
altına aldığını deyib.
Bu bəndlə razıyam: Bütün şərhlər sayta yerləşdirilməmişdən əvvəl redaktor tərəfindən nəzərdən keçiriləcək Göndərilən bəzi şərhlər saytda yerləşdirilməyə bilər Amerikanın Səsi sizin şərhinizdən dünya miqyasında özünün bütün media vasitələrində istifadə etmək hüququna malikdir. Terms & Conditions.